Yuxarı

İlham Əliyev üç ölkəyə məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Binəli Yıldırıma təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Baş nazir,

Qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Sədri seçilməyiniz və Türkiyə Respublikasının Baş naziri təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Başçılıq etdiyiniz və təmsilçisi olduğunuz partiyanın hakimiyyətə gəlişindən sonra qardaş Türkiyə güclü inkişaf etmiş və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi ilə bu dövrdə Azərbaycan-Türkiyə birliyi, strateji tərəfdaşlığı və müttəfiqliyi daha da möhkəmlənmiş, inkişaf etmiş və hazırkı ən yüksək səviyyəsinə çatmışdır.

İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Başçılıq etdiyiniz 65-ci hökumətin fəaliyyətinin qardaş Türkiyə dövləti və xalqı üçün xeyirli olmasını arzulayır, qarşıdakı məsul işinizdə Sizə uğurlar diləyirəm".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Van der Bellen,

Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Avstriya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

18:58

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Zati-aliləri cənab Giorgi Marqvelaşviliyə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident,

Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələr, strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlər məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı enerji və nəqliyyat layihələri, daim genişlənən humanitar əlaqələrimiz tərəfdaşlığımızın mühüm amillərindəndir.

İnanıram ki, dostluq və mehriban qonşuluq ənənələrimizə sadiq qalan xalqlarımızın iradəsi ilə Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və rifah arzulayıram", - təbrikdə deyilir.

Tarix
2016.05.25 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla