Yuxarı

İlham Əliyev sərəncam imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 358-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş (bundan sonra — Saziş) üzrə Podratçılara məxsus olan iştirak paylarının onlar tərəfindən satılması niyyətini, beynəlxalq təcrübəyə uyğun şəkildə aparılmış qiymətləndirmə nəticəsində həmin payların əldə olunmasının iqtisadi səmərəliliyinin təsdiq olunduğunu, yuxarıda adıçəkilən yataqların daha səmərəli idarə edilməsinin zəruriliyini, qeyri-neft sənayesinin, o cümlədən, metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəfləri, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın ki, Saziş üzrə Podratçı tərəflərə məxsus iştirak paylarının "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı zəruri tədbirlər görsünlər və görülən tədbirlərin nəticələri haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Saziş üzrə Podratçı tərəflərə məxsus iştirak paylarının Cəmiyyət tərəfindən alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş alqı-satqı baş tutduqdan sonra Sazişin 26.6-cı maddəsinə uyğun olaraq Sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görsün.

4. "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş alqı-satqı baş tutduqdan sonra Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və səmərəli idarə olunmasını təmin etsin.

Tarix
2016.05.25 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla