Yuxarı

Prezidentin 43 milyonluq mənzili - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama vəzifəsini başa vurduqdan sonra yaşamaq üçün Vaşinqtonda ev tapıb.

ANS-in məlumatına görə, prezident 43 milyon dollarlıq bir villanı kirayəyə götürüb. Bu villanın 9 yataq otağı və 8 vanna otağının olduğu deyilir.

Bu ilin noyabr ayında ABŞ-da keçiriləcək seçkilərdən sonra Barak Obama prezidentlik postunu tərk edəcək. Obamanın yaşayacağı yeni mənzili Bil Klintonun mətbuat katibi Coi Lokartdan aldığı bildirilir. 1928-ci ildə inşa edilən villanın ən üst mərtəbəsində Obamının iş otağı yerləşəcək.

Daha əvvəl Barak Obama öz bəyanatında bildirib ki, hakimiyyətini başa vurduqdan sonra bir neçə il Vaşinqtonda yaşayacaq.

"Biz Saşa (prezidentin kiçik qızı - red.) məktəbi bitirənədək hələ bir neçə il paytaxtda yaşamağı fikirləşirik. Təhsil ilinin ortasında köçmək - dərslərdə çətinlik yarada bilər", - deyə Obama bildirib.

Artıq ikinci müddətdir ki, ABŞ prezidenti olan Barak Obama 2 qız atasıdır. 1992-ci ildə Mişel Obama ilə ailə həyatı quran siyasətçi Maliya Obama (1998) və Saşa Obama (2001) adlı iki qız övladı var. Hər iki prezident qızı Vaşinqtondakı "Sidwell Friends School" məktəbində oxuyurlar.

Tarix
2016.05.26 / 13:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla