Yuxarı

Ermənilərin dağıtdığı evlər bərpa olunur - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tapqaraqoyunluda düşmən təxribatı nəticəsində dağılmış evlər bərpa olunur. Aprelin əvvəlində ermənilərin təxribatı zaman ziyan dəyən bölgələrimizdən biri də Goranboy rayonunun Tapqaraqoyunlu kəndidir.

Kəpəz TV (Region TV) xəbər verir ki, düşmənin açdığı atəş nəticəsində kənddə 240-a yaxın ev dağılıb. Hazırda bu evlər dövlət vəsaiti hesabına yenidən qurulur.

Tərlan Əhmədova - kənd sakini: "Dövlətimiz uçan evlərə yardım yazıb. Hazırda da evimin üstünü sökürlər. Yüz qohum da, qonşu da olsa öz evini istəyirəm".

Bu ilin aprelin 2-də ermənilərin səhər saatlarından başlayaraq Goranboy rayonun Tapqaraqoyunlu kəndini mərmilərlə atəşə tutması nəticəsində evlər darmadağın olub. İlk mərmi də Tərlan Əhmədovanın evinə düşüb. Pəncərədən keçən mərmi arxa otaqdakı döşəməni dağıdıb.

Yararsız hala düşən darvaza, dam örtüyü, sınıq pəncərələr, uçan hasarlar. Ermənilərin Tapqaraqoyunlu kəndinin sakinlərini atəşə tutması nəticəsində yaranan bu mənzərə qısa zamanda geridə qalacaq. Artıq kənddə yenidənqurma işlərinə başlanılıb.

Seymur Yolçuyev - usta: "Ermənilər dağıdıb. Evin üstünü sökürük. İndi də təmir edirik. Bir həftəyə qurtaracağıq. Bütün materiallar da gəlib, var".

Zərər görən 237 evdən 14-də əsaslı, 219- da isə cari işlər görülür. Aparılan işlərin 2 aya yekunlaşdırılması nəzərdə tutulur.

Ermənilərin Goranboy rayonun Tapqaraqoyunlu kəndində yaşayan dinc sakinləri mərmilərdən atəşə tutması nəticəsində 4 ev tamamilə dağılıb. Həmin evlərdən biri də Fəxrəddin Mustafayevin evidir.

Faxrəddin Mustafayev- kənd sakini: "Elə bir həftə keçməmiş gəlib binanın layihəsini çəkib, öz bünövrəsinin üstündə sürətlə iş gedir".

Təmir və yenidənqurma işlərini 15-ə yaxın işçi briqadası həyata keçirir. Briqadalar bütün lazımi inşaat materialları ilə təmin edilib.

Bəbir Namazov - iş icraçısı: "Hamısında da iş gedir. Yəni bir tərəfdən sökülür, bir tərəfdən bərpa olunur. Havaya görə çalışırıq ki, üst hissəni bağlayaq. Sonra daxildə olan suvaq, rəngsaz işlərini rahat görə bilək".

Rayon mərkəzindən 18 km aralıda yerləşən Tapqaraqoyunlu kəndində 640 evdə 3 min sakin yaşayır. Hazırda kənddə olan bütün inzibati idarələr də tam gücü ilə işləyir.

Bura Goranboy rayonun Tapqaraqoyunlu kəndinin mərkəz hissəsidir. Burada həyat öz axarı ilə davam edir. İnsanlar gündəlik işləri ilə məşğul olur. Bu sakitliyi isə aprelin 2-də gedən döyüşlərdə Azərbaycan ordusunun əsgərləri yaradıb.

Tarix
2016.05.26 / 19:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla