Yuxarı

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:50

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ölkənizə və xalqınıza isə tərəqqi arzulayıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsən göstərdiyi dəstək dövlətinizin turizmə sosial və iqtisadi inkişafın bir istiqaməti kimi baxdığının və Azərbaycanın dünya turizm arenasında güclü brend kimi təşəkkül tapmasına önəm verdiyinin təzahürüdür.

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında yüksək münasibətlərin gələcək illərdə də inkişaf edəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizi bir daha təbrik edir və ən yüksək ehtiramımı çatdırıram", - təbrikdə deyilir.

20:43

İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Cənab Prezident, ölkənizə və xalqınıza davamlı inkişaf və tərəqqi arzularımı qəbul etməyinizi xahiş edirəm", - təbrikdə deyilir.

***

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə həyata keçirilən, Azərbaycanın geniş potensialından istifadə olunmasına, xalqın rifahının yüksəldilməsinə və ölkənizin nüfuzunun beynəlxalq aləmdə möhkəmlənməsinə yönəlmiş islahatlar və dəyişikliklər siyasətini Özbəkistanda böyük diqqətlə izləyirlər.

Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh və daha yüksək firavanlıq diləyirəm", - təbrikdə deyilir.

***

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik mətkubu ünvanlayıb.

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırır, uğurlar, əmin-amanlıq və rifah arzu edirəm.

Cənab Prezident, xahiş edirəm, dərin ehtiramımı qəbul edin", - təbrikdə deyilir.

***

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Sizin şəxsinizdə Azərbaycan xalqını Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq diləyir, ölkələrimiz arasındakı münasibətlərin qarşıdan gələn illərdə daha da inkişaf etməsini arzulayıram", - təbrikdə deyilir.

***

Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu etməkdən məmnunluq hissi duyuram", - təbrikdə qeyd edilir.

***

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə xoş arzularımla birgə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə daha böyük inkişaf və çiçəklənmə arzu edirəm",- təbrikdə deyilir.

Tarix
2016.05.26 / 20:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla