Yuxarı

Bakı Qarabağın azadlığı üçün... - Kremlin gizli planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"European Council on Foreign Relations" nəşri Rusiyanın 2030-cu ildəki vəziyyəti ilə bağlı proqnozlar dərc edib.

Publika.az xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı məqamlar yer alıb.

Federik Vesslau və Endrü Uilsonun həmmüəllifi olduğu məqalədə deyilir ki, qarşıdakı 14 il ərzində Rusiya Moldova, Ukrayna və Gürcüstanda mübarizəsini davam etdirəcək: "Azərbaycan, Belarus və Ermənistanda təsir dairələrini gücləndirməyə çalışacaq. Lakin bu mütləq şəkildə davam etməyəcək".

Rusiya "sülhməramlıları" Qarabağa girir

Məqalədə bildirilir ki, Rusiya digər separat bölgələrdən fərqli olaraq, Dağlıq Qarabağda yaradılan qondarma rejimi dəstəkləmir: "Lakin sülh razılaşması çərçivəsində o, "sülhməramlılarını" regiona daxil edə bilər. Rusiya sonrakı dövrdə vəziyyəti olduğu kimi saxlamağa çalışacaq, lakin Azərbaycan və Ermənistanı bu yolla təsir dairəsində saxlamaq çətin olacaq. Ermənistan Rusiyadan çox güclü səviyyədə asılıdır. Azərbaycanın hərəkətləri isə müxtəlif variantlara bağlıdır. Xüsusilə Yaxın Şərq, Türkiyə və Avropa Birliyini birləşdirən siyasi tektonik lövhələrin yerdəyişməsində onun potensial müttəfiqlər dairəsi genişlənir".

İrəvan Rusiyanı satacaq

Müəlliflər vurğulayır ki, önümüzdəki illərdə Belarus və Ermənistan Rusiya orbitindən çıxmağa çalışacaq: "Bu gərginliyi artıracaq. İrəvan Qərb tərəfinə keçəcək, Minskdə isə millətçi qüvvələr aktivləşəcək".

Bakı ABŞ və Çinlə əməkdaşlığı böyüdəcək

Azərbaycana gəlincə, müəlliflər Bakının xarici siyasətdə şaxələndirilmiş istiqaməti davam edəcəyini düşünür.

"Azərbaycan ABŞ-a meylli olan dövlət kimi, Avropa Birliyi, Türkiyə, hətta Çinlə əməkdaşlığını davam etdirəcək. Bu müddət ərzində Azərbaycan Ermənistan tərəfindən zəbt edilmiş Dağlıq Qarabağın geri qaytarılması istiqamətində planlarını işə salaraq, ciddi addımlar atacaq. Ermənistanda isə ciddi etiraz aksiyaları başlayacaq. 2015-ci il etirazları da bunu göstərdi. Bu ölkənin iqtisadiyyatı daha da zəifləyəcək", - deyə məqalədə bildirilir.

Dağlıq Qarabağda sülh

Məqalədə Dağlıq Qarabağ münaqişəsində sülhün ola biləcəyi də qeyd olunur: "Lakin Ermənistan və Azərbaycanın sülh imzalaması Rusiyanın regionda təsirlərini azalda bilər. Buna görə də Rusiya nizama salma prosesi çərçivəsində öz əsgərlərini regiona yerləşdirməklə, bunun qarşısını almağa çalışacaq".

Qərb nə etməli?

Müəlliflər Qərbin regionda atmalı olduğu addımları da sadalayıb.

"Avropa Azərbaycan və Belarusa dəstək verməlidir. Lakin bu ölkələrlə müqayisədə Ermənistana hansısa dəstək vermək çox çətindir. Cənubi Qafqazda istənilən qeyri-sabitlik Qərbin maraqlarına ziddir. Ona görə də Qərb siyasi elitası Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almalı və nəzərə çarpan rol oynamalıdırlar", - deyə müəlliflər bildirib.

Tarix
2016.05.26 / 21:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla