Yuxarı

Rza Zərrabın var-dövlətinin - Siyahısı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl ABŞ-ın Mayami ştatında həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrabın var-dövlətinin siyahısı hazırlanıb.

Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən biznesmen barəsində açılmış cinayət işinin istintaqını aparan prokurorun hazırladığı sənəddə iş adamına məxsus olan iri mülklər sadalanıb.

Zərrab ailəsinə məxsus olan var-dövlətə həsr edilmiş sənəddə qeyd edilir ki, iş adamı verdiyi ilk ifadədə 8 milyon dollarlıq evinin, bir ofisinin və Türkiyədə cəmi bir mağazasının olduğunu qeyd edib. Lakin sonrakı araşdırmalar bu ifadənin həqiqətə uyğun olmadığını üzə çıxarıb və Rza Zərrabın sahibi olduğu var-dövlətin siyahısı hazırlanıb.

Siyahıdakı ən dəyərli mülk və əşyaların adları:

1. Rza Zərrabın öz adına olan 20 daşınmaz əmlak, çoxsaylı şirkətlər, qızı və həyat yoldaşının adına olan 3 mülk.

2. Ümumi dəyəri 40 min avrodan çox olan silahlar.

3. Zərraba, həyat yoldaşına və "Royal Group" şirkətinə məxsus olan və ümumi dəyəri 100 min dollardan artıq olan 6 at.

4. "Rza Yaxtaçılıq" və "Royal Turk LLC" şirkətlərinə məxsus olan 7 gəmi.

5. "TC-RZA" şirkətinin balansında olan özəl təyyarə.

6. İş adamının özünə və şirkətinə məxsus olan 17 lüks avtomobil.

7. Ümumi dəyəri 10 milyon dolları keçən qiymətli sənət əsərləri.

Tarix
2016.05.26 / 22:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla