Yuxarı

Millimiz "cırtdan ölkə" ilə bacarmadı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada təlim-məşq toplanışında iştirak edən futbol üzrə Azərbaycan milli komandası mayın 26-da Bad Erlax şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirib.

Axar.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşmanı baş hakim Harald Lexnerin rəhbərliyi ilə avstriyalı hakimlər briqadası idarə edib.

Oyunun ilk hissəsi Azərbaycan millisinin üstünlüyü ilə keçib. Futbolçularımız rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratmağa müvəffəq olub. İkinci hissədə isə hər iki komanda təşəbbüslərin sayını azaldıb və oyunda hesabı aça bilməyib.

Azərbaycan millisi Avstriyadakı təlim-məşq toplantısı çərçivəsində keçirdiyi ilk yoldaşlıq görüşünü heç-heçəlik nəticə ilə başa vurub.

Xatırladaq ki, mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada milli komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Tarix
2016.05.26 / 22:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla