Yuxarı

Prezidentin ASC sədri təyin etdiyi gənc kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Zakir Zaur oğlu İbrahimov "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

Axar.az yada salır ki, Zakir İbrahimov həm də "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədridir.

1974-cü ildə Bakı şəhərində anadan olan Zakir İbrahimov 1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 1996-cı ildə isə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsindən məzun olub.

1998-ci ildə "Azpetrol" şirkətində hüquqşünas kimi fəaliyətə başlayan Z.İbrahimov 2005-2006-cı illərdə şirkətin Moldova təmsilçisi kimi çalışıb. 2 mart 2009-cu ildə dövlət qeydiyyatına alınmış və fəaliyyətə başlayan Təmiz Şəhər ASC-nin rəhbəridir.

Z.İbrahimovun rəhbərlik etdiyi Təmiz Şəhər ASC fəaliyyət göstərdiyi müddət ərzində paytaxtın bır sıra çirklənmiş ərazilərini tullantılardan təmizləyib. Uzun müddət çirkli vəziyyətdə qalan Böyükşor gölünün təmizlənərək paytaxtın ən görkəmli yerinə çevrilməsi ASC-nin gördüyü ən böyük işlərdən biridir.

Tarix
2016.05.26 / 23:15
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla