Yuxarı

DSMF-nin xeyrinə çıxarılan qətnamə ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apellyasiya Məhkəməsində "Naftalan Sağlamlıq Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş Departamentinə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Report-un məlumatına görə, hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin DSMF-nin departamentinin xeyrinə çıxardığı qətnamə ləğv edilib, iddia baxılmamış saxlanıb.

Qeyd edək ki, DSMF-nin departamenti "Naftalan Sağlamlıq Mərkəzi" MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən DSMF-nin departamenti borcun tutulması barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanı ilə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.

Tarix
2016.05.27 / 00:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla