Yuxarı

Deputatlarımız Çexiyada - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin müavini, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Valeh Ələsgərovun rəhbərlik etdiyi azərbaycanlı deputatlardan ibarət nümayəndə heyəti mayın 23-dən 26-dək Çexiyada səfərdə olub.

Axar.az xəbər verir ki, səfər çərçivəsində Valeh Ələsgərov Çexiya parlamentinin Senatının və Deputatlar Palatasının sədrləri Milan Ştex və Yan Hamaçek ilə görüşüb. Azərbaycan nümayəndə heyəti, həmçinin Çexiya parlamentində təmsil olunan əsas partiyaların rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Çexiya-Azərbaycan parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib, qarşılıqlı səfərlərin bu müstəvidə oynadığı əhəmiyyətli rola diqqət çəkilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regionda cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparılıb. Çexiya rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsinin əhəmiyyətini qeyd ediblər.

Valeh Ələsgərov, həmçinin Çexiya xarici işlər naziri Lubomir Zaoralek və ticarət və sənaye naziri Yan Mladek ilə də görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik, bölgədə həyata keçirilən iqtisadi və enerji layihələri, ölkəmizin bu layihələrin həyata keçirilməsindəki əhəmiyyətli rolu haqqında məsələlər müzakirə mövzusu olub.

Azərbaycan nümayəndə heyəti, həmçinin 28 May - Respublika Günü münasibətilə ölkəmizin Çexiyadakı səfirliyində keçirilmiş ziyafətdə iştirak edib. Tədbirdə Çexiya tərəfindən ali qonaq qismində parlamentin deputatlar palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Hamaçek və digər yüksək səviyyəli rəsmilər iştirak edib. Milli bayramımız münasibətilə təşkil edilən tədbirdə çıxış edən V.Ələsgərov, Y.Hamaçek, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin önəmini bir daha vurğulayaraq, bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını qeyd ediblər.

Y.Hamaçek çıxışında ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında tənzimlənməsinin vacibliyini vurğulayıb.

Tarix
2016.05.27 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla