Yuxarı

Kirayə haqlarından vergi artıbmı? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bütün vergilər Vergi Məcəlləsi və bu məcəlləyə uyğun qəbul edilmiş başqa hüquqi-normativ aktlar əsasında həyata keçirilə bilər.

Bu barədə Axar.az-a açıqlamasında hazırda kirayə haqlarından tutulan vergi dərəcələrinin artırılacağı haqda yayılan xəbərlərə aydınlıq gətirərkən keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. İqtisadçı bildirib ki, Vergi Məcəlləsinin 124-cü maddəsinin birinci bəndinə uyğun olaraq, daşınan və daşınmaz əmlak üçün icarə haqqından 14 faiz dərəcə ilə vergi tutulur:

"Bu qayda bu günə qədər qüvvədədir və onu hələlik heç kim dəyişdirməyib. Bu günlərdə mətbuat səhifələrində kirayə haqlarından tutulan vergi dərəcələrinin 22 faizə çatdırıldığı barədə informasiyalar yayılıb. Biz hökumətin aidiyyəti strukturları ilə kütləvi informasiya vasitələrində yayılmış bu məlumatın nə dərəcədə həqiqətə uyğun olmasını aydınlaşdırmağa cəhd etdik. Lakin rəsmi qurumların hər birində onlarda belə bir məlumatın olmadığı bildirildi. Görünür, belə bir məlumatı yaymaqda kimlərsə maraqlıdırlar. Bu cür informasiyaların yayılmasında məqsəd isə insanlarda qıcıq yaratmaqdır. Ancaq hazırda bu məsələ ilə bağlı araşdırmalarımız davam edir. Əlavə bir yenilik olarsa, ona da münasibət bildirməyə hazırıq".

Qeyd edək ki, artıq bir neçə gündür mediada Bakıda kirayə verilən mənzillərdən tutulacaq vergi dərəcələrinin artması ilə bağlı informasiyalar dolaşır. Məlumatlarda hazırda icra hakimiyyətləri tərəfindən kirayə verilən mənzillərin siyahısının hazırlandığı da bildirilir.

Tarix
2016.05.27 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla