Yuxarı

Saakaşvilinin xüsusi təyinatlılarla davası – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin xüsusi təyinatlılarla mübahisəsini və onları təhqir etməsini əks etdirən video yayılıb.

Axar.az xəbər verir ki, Saakaşvili Gürcüstanın Ukraynadakı keçmiş baş konsulu Teymuraz Nişnianidzenin saxlanıldığı kabinetinə girməyə çalışarkən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə yaşanıb. Bu zaman o, Ukrayna Təhlükəsizlik xidmətinin və Baş prokurorluğun əməkdaşlarını təhqir edib.

Saakaşvili özünün Feysbuk səhifəsində baş verən hadisənin təfərrüatını yazıb.

Mer bildirib ki, o, UTX əməkdaşlarının axtarışı zamanı bağlı qapı arxasında qalan işçilərini xilas etmək üçün otağa girmək istəyib:

"Biz əməkdaşlarımızı xilas etmək üçün qapını sındırdıq. Baş verənləri UTX-nin əməkdaşları özləri kameraya çəkdilər. Onları protokol otağında ac-susuz, kənar aləmlə ünsiyyətsiz, vəkilsiz saxlayırdılar".

Mer bildirib ki, bu həbsi "Kiyevin oğruları" öz zibillərinin üstünü örtmək üçün sifariş veriblər.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğunun müstəntiqləri UTX-nin əməkdaşları ilə birgə Gürcüstanın Ukraynadakı baş konsulluğunun səlahiyyətli əməkdaşlarının 2012-2013-cü illərdə həyata keçirdiyi qanunsuz ƏDV (əlavə dəyər vergisi) əməliyyatları faktı üzrə cinayət işi ilə bağlı axtarışlar aparır.

Tarix
2016.05.27 / 12:42
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla