Yuxarı

Çin alimləri Tarix İnstitutunda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda olub.

Axar.az xəbər verir ki, görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan və Çin arasında əlaqələrin tarixindən söz açıb, qonaqlara Tarix İnstitutunun uğurlarından danışıb.

Görüşdə ÇİEA ilə AMEA-nın Tarix İnstitutu arasında əlaqələndirici olan tarixçi-alim Nərgiz Axundovanın "Azərbaycan və Çin mədəniyyətlərinin əlaqələri haqqında" (rusca) adlı kitabının təqdimatı keçirilib və qonaqlara Tarix İnstitutunun nəşrləri ilə birlikdə hədiyyə olunub.

Daha sonra ÇİEA-nın İqtisadiyyat İnstitutunun direktoru Pey Çanxun, ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Van Ley, ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin "Avropa və Mərkəzi Asiya" bölməsinin müdiri Tszin Çje, AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva, tarixçi-alimlər Cəbi Bəhramov, İradə Bağırova və başqaları çıxış ediblər.

Tarix
2016.05.27 / 18:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla