Yuxarı

15 ildir bizi izləyən ölüm təhlükəsi: SSRİ-nin mirası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metsamor Atom Elektrik Stansiyası region üçün böyük təhlükədir. Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var. Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı - "çirkli bomba"sı var. Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır.

Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı bildirib.

Publika.az-ın "Metsamor" AES-lə bağlı apardığı araşdırmada region üçün ciddi təhlükənin hər an baş verə biləcəyi ortaya çıxır.

Cənubi Qafqazda Çernobıl təhlükəsi

Erməni dilində "Oktemberyan-1" adlanan "Metsamor" AES iki ayrı blokdan ibarətdir. Bloklardan birincisi 1976-cı, ikincisi isə 1979-cu ildə istifadəyə verilib. AES-in təhlükəli tərəflərindən biri onun hazırda dünyada ən köhnə hesab edilən rus texnologiyası ilə tikilməsidir. Dünyanın imtina etdiyi bu texnologiyadan hazırda "Metsamor" AES-də istifadə edilir. Bu texnologiya baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir.

Digər tərəfdən, sovetlər dönəmində tikilmiş bu AES-də VVER, PBMK, EGP və BN olmaqla dörd moduldan istifadə edilir. Halbuki, təxminən 40 illik təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu müəyyən olunub. Ən çox qəzalar da məhz VVER reaktoru ilə çalışan stansiyalarda baş verib. "Metsamor" AES də məhz VVER modeli ilə çalışır.

Stansiyanın ilk modulu VVER440/230 modelidir. Ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan bu modeldən istifadə edilməsi "Metsamor" AES-in Çernobıl AES-dən də riskli olduğunu sübut edir. Çünki bu modeldə radioaktiv maddə sızıntısının qarşısını alacaq polad qübbə yoxdur. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun azlığı və soyutma sisteminin köhnəlmiş olan layihə ilə tikilməsi də regionun ekoloji vəziyyəti üçün ciddi təhlükələri ortaya çıxarır.

"Metsamor"un VVER-440/270 modelinə əsasən tikilən ikinci bloku isə nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur.

Moskva bağladı, İrəvan yenidən açdı

"Metsamor"un ciddi təhlükə mənbəyi olmasını əsaslandıran səbəblərdən biri də onun Rixter cədvəlinə görə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında tikilməsidir. Nüvə enerjisi üzrə beynəlxalq standartlar isə 5 baldan çox zəlzələ ehtimalı olan ərazilərdə AES-lərin tikilməsini qadağan edir.

İndiyə qədər "Metsamor" AES-də 5 böyük, 150-dən çox kiçik qəzalar baş verib. Qəzalardan ən böyüyü 1988-ci ildə Ermənistanın Spitak (Hamamlı) ərazisində baş vermiş zəlzələ zamanı qeydə alınıb. Məhz bu zəlzələdən sonra stansiyada baş vermiş nasazlıq üzündən Sovetlər Birliyi rəhbərliyinin qərarı ilə AES bağlanmışdı. Elə həmin qəzada generatorun partlaması və əlaqə kabellərinin yanması nəticəsində stansiyanın onsuz da etibarlı olmayan müdafiə sistemi də məhv oldu. Lakin stansiyanın yaratdığı təhlükələrə rəğmən, rəsmi İrəvan 1995-ci ildə onun fəaliyyətini bərpa etdi.

Avropadan tələb olunan 1 milyard, İrəvanın bəhanələri

"Metsamor"un təhlükəsini anlayan dünya stansiyanın bağlanmasına çalışır, lakin hələ də heç bir nəticə əldə olunmayıb. Avropa Birliyi "Metsamor"un 2011-ci ildən gec olmayaraq bağlanmasını və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də, qarşı tərəf 1 milyard avro tələb edib. Nəticədə razılaşma baş tutmadı. Bu isə stansiyanın bağlanmamasında Ermənistanın maraqlı olduğunu göstərir. Ermənistan "Metsamor"u bu ilin sonuna, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Rəsmi İrəvan stansiyanın fəaliyyətini dayandırmamasının səbəbini alternativ enerji mənbəyinin olmaması ilə bağlayır. Lakin AB-nin hesablamalarına görə, qəzalı vəziyyətdə olan bu AES-də hər an baş verə biləcək partlayışdan təkcə Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görə bilər.

Nüvə texnologiyası üzrə mütəxəssislərin fikrincə, "Metsamor"un istifadə müddəti 2001-ci ildə başa çatıb. Dünya təcrübəsinə görə, istifadə müddəti başa çatmış nüvə reaktorlarının fəaliyyəti dayandırılır. Misal üçün, Almaniya və digər ölkələrdə 1976-cı ildə tikilmiş reaktorlar sıradan çıxarılıb. BMT-nin nüvə təhlükəsizliyi konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.

Ermənistanın hazırladığı "çirkli bomba"

Beqin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murison "Washington Times" nəşrində dərc olunan məqaləsində yazır ki, Ermənistan nüvə materialından "çirkli bombaların" yaradılması üçün istifadə edə bilər.

"Cənubi Qafqazla bağlı böyük həyəcan keçirən Gürcüstan hakimiyyəti bir neçə Ermənistan vətəndaşının saxlanılması barədə məlumat yayıb, şikayətini dilə gətirib. Məlumata görə, Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən bir neçə erməni və Gürcüstan vətəndaşı saxlanılıb. Onların satmağa çalışdığı Uran-238 yüksək radioaktiv maddə öldürücü qurğuların hazırlanmasında istifadə olunur", - deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, "çirkli bombalar" terrorizmlə mübarizədə bütün dünya üzrə birinci dərəcəli təhlükəli əhəmiyyətə malikdir: "Ermənistanın da bu bombaları xüsusən Azərbaycanın işğal etdiyi ərazilərində hazırlaması barədə məlumatlar var. Hazırda çox güman ki, həmin ərazilərdə Ermənistan qaçaqmalçılıqla məşğul olur".

Qadınlar hamilə qala bilmir, uşaqlar şikəst doğulur

Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksal Gülbey isə "Metsamor" AES-in artıq regiona ciddi təsirini göstərdiyini bildirib: "Son 10 ildə regionda, xüsusilə Türkiyənin Ermənistanla sərhəddə yerləşən bölgələrində bunun təsirlərini görürük. Qadınlar hamilə qala bilmir, uşaqların ana bətnində ölməsi halları artıb. Uşaqlar şikəst doğulur. Heyvanlarda da şikəst doğuşlar artıb, adi meyvələrin formasında da dəyişiklər var. Getdikcə xərçəngdən ölüm halları artıb. Bu məsələ mütləq gündəmə gətirilməlidir".

Tarix
2016.05.27 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla