Yuxarı

Döyüş başlasa, birinci onu vuracağıq - Erməni komandir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında gərginlik artır.

Region TV xəbər verir ki, ermənilər aprel döyüşlərindəki məğlubiyyətin acısını hələ də həzm edə bilmirlər. Buna görə artıq Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında yaranan toqquşmanın miqyası get-gedə böyüyür. İtirilən yüksəkliklərə görə isə siyasi hakimiyyətin laqeyidliyi önə çəkilir.

"Yerkrapa" Ermənistan Könüllülər İttifaqının sədri, parlamentin deputatı, general-leytenant Manvel Qriqoryan qoşunların təmas xəttində aprel döyüşlərindəki məğlubiyyətə görə Dağlıq Qarabağdakı erməni hərbçiləri təhqir edib. General onları fərsiz, qorxaq adlandırıb.

Manvel Qriqoryan bir neçə yüksəklik və kəndin itirilməsinə görə onların cavab verməli olduqlarını bildirib:

"Mənə video-görüntülərlə, sübutlarla dedilər ki, Qarabağ erməniləri mövqeləri tərk edirlər. Heç Azərbaycan ordusu silahlardan çox istifadə etməyib. Çəkilişlərə də baxmışam, bizim postlarda dağıntı yoxdur. Mövqeləri qoyub qaçanlara sözüm odur ki, onlar hərbiçi formasını soyunsunlar, başlarına da hərbi papaq yox, ləçək bağlasınlar. Bu qədər itkiylə barışa bilmirəm".

Dağlıq Qarabağdakı erməni silahlılarının komandirlərindən biri Vahan Badasyan generalın dediklərini kobudluq adlandırıb. Hərbçi bu sözlərə görə ermənilərdən üzr istənilməsini tələb edib:

"Manvel Qriqoryan çox kobud formada deyir ki, Qarabağlı ermənilər yaxşı vuruşa bilmirlər. Utanmaz-utanmaz deyir ki, İrəvandan gələn hərbçilər və könüllülər olmasaydı, Dağlıq Qarabağın halı çox pis olardı. Guya biz sağ qalmağımıza görə onlara borcluyuq. Gəlsin, bizdən üzr istəsin. Yoxsa yenidən döyüşlər başlasa, özümüz birinci onu vuracağıq".

Ermənistan prezidenti Serj Sarqsyanın "dördgünlük müharibə"də itirilən yüksəkliklərin nə taktiki, nə də strateji baxımdan önəmli deyil deməsi də Vahan Badasyanı hiddətləndirib:

"Dağlıq Qarabağda müharibə gedir, orada 1-ci, 2-ci, 3-cü, önəmli və ya önəmsiz mövqelər yoxdur, ola da bilməz. İtkilərimiz çoxdur. Mövqelərin itrilməsi problemdir. Ən böyük problem isə odur ki, Dağlıq Qarabağ ermənilərində Ermənistana inam azaldı. Çünki Qarabağlı ermənilər deyirlər ki, "dördgünlük müharibə"nin nəticələrini nəzərə alınarsa, sabah hərbi əməliyyatlar yenidən başlasa, Ermənistan yenə belə davranacaq, yenə nələrisə itərəcəyik və yenə biz tək qalacağıq".

Onun sözlərinə görə, Ermənistanın indiki hakimiyyəti məğlubiyyətçi, laqeyd mövqe tutub. Hərbçi deyib ki, İrəvan ermənilərinin Dağlıq Qarabağda yaşayan ermənilərə nümayiş etdirdiyi münasibət sanki yadplanetlilərə göstərilir:

"Bəlamız odur ki, hakimiyyət xalqı düşünmür. Dağlıq Qarabağıdakı səngərlərdə Ermənistan nazirlərinin, deputatlarının, məmurlarının, varlılarının övladları yoxdur. Deyirlər ki, müdafiə naziri Seyran Ohanyanın oğlu ön xətdədir, hanı bəs? Ohanyanın oğlu yalnız kamera qarşısında qəhrəmanlıq etməyi bilir. Onun necə komandir olduğunu gedin, əsgərlərdən soruşun. Hər gün 1-2 saat hərbi hissədə vaxt keçirmək hərbi xidmətdə olmaq demək deyil. Artur Ohanyan zabit yox, Seyran Ohanyanın Dağlıq Qarabağdakı biznes strukturlarının nəzarətçisidir".

Bir sözlə, "Dördgünlük müharibə" Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ erməniləri arasında münasibətləri sərinlədib.

Tarix
2016.05.27 / 19:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla