Yuxarı

Əbülfəs Qarayev harada istirahət edir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha çox aktiv istirahətə üstünlük verirəm.

Report-un xəbərinə görə, bunu Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "ASAN radio"nun "QəbuldASAN" verilişində bildirib.

Ə.Qarayev deyib ki, nazir kimi işləri ilə əlaqədar Azərbaycanın bir çox bölgələrində olur: "Daha çox Şahdağa, Qubaya, Şəkiyə və başqa bölgələrə gedirəm. Qışda daha çox ov edirəm. Mən Azərbaycan təbiətinin vurğunuyam".

Nazir hesab edir ki, Azərbaycanın bütün bölgələrində istirahət etmək üçün maraqlı və cəlbedici yerlər var: "Ölkəmizdə xaricilərin də marağına səbəb olan turizm marşrutları mövcuddur. Onlar daha çox ölkəmizin şimal-qərb hissəsinə, orada olan tarixi abidələrə maraq göstərirlər. Mən şəxsən Azərbaycanda yeni yaranmış və geniş vüsət almış istirahət istiqamətini seçərdim. Son illərdə Azərbaycanda istirahət və özünü bərpa etmək üçün turizm məkanları formalaşıb. Avropa İttifaqı ölkəmizdə belə bir turizm istiqamətinin olduğunu qəbul edib. Azərbaycan Avropa SPA ölkələrin siyahısına daxil olub. Azərbaycanda Naftalan, Qalaaltı, Qəbələdə böyük istirahət-müalicə kompleksləri mövcuddur, Şahdağda yayda dağlarda gəzərək aktiv istirahət etmək olar".

Tarix
2016.05.27 / 20:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla