Yuxarı

BVF Azərbaycandakı islahatları dəstəkləyir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və BVF arasında əməkdaşlıq, yeni iqtisadi şəraitlə bağlı ölkəmizdə makroiqtisadi vəziyyət və həyata keçirilən geniş islahatlar, o cümlədən biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar, ölkə iqtisadiyyatının prioritetləri barədə müzakirələr aparılıb.

Ş.Mustafayev qeyri-neft sektorunun inkişafının prioritet olduğunu vurğulayıb, Azərbaycan iqtisadiyyatı, son zamanlar iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, sahibkarlığın stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyaların və icazələrin sayı kəskin azaldılıb, gömrük prosedurları sadələşdirilib, Apelyasiya şuraları yaradılıb, maliyyə bazarlarına nəzarət gücləndirilib, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlər davamlı olacaq.

Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən BVF ilə əməkdaşlığa önəm verdiyini qeyd edən nazir ölkəmizdə həyata keçirilən islahatlarda, makroiqtisadi sabitliyin qorunması, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun mövcud durumda maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində beynəlxalq maliyyə qurumlarının da rolunun olduğunu bildirib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycanda iqtisadi sahədə aparılan çevik islahatlar barədə fikirlərini bildirib, Fondun bu addımları dəstəklədiyini vurğulayıb. Qeyd edilib ki, hökumət tamamilə doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.

Görüşdə cari ilin gözlənilən makroiqtisadi göstəriciləri barədə fikir mübadiləsi aparılıb.

Tarix
2016.05.27 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla