Yuxarı

Şəhriyar: "İstədiyimi reallaşdıra bilmədim"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirində II tur sona yaxınlaşır.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hesabat turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Pentala Harikrişnaya məğlub olub. Partiyadan sonra P.Harikrişna qələbəni belə şərh etdi: "Məmmədyarovla oyun mənim üçün yaxşı başladı. Onun belə oyununa hazır idim. Partiyada dönüş rəqibim gedişi görməyəndə oldu. Həmin səhvdən istifadə edərək yeni oyun başladım. Sonda qələbə mənim oldu. Bir qələbə heç nə demək deyil. Turnir indi başlayır".

Ş.Məmmədyarov isə məğlubiyyətlə yanaşı, turnirin əhəmiyyətindən danışıb: "Maraqlı debüt oynamaq istəyirdim. Sadəcə istədiyimi şahmat lövhəsində reallaşdıra bilmədim. Ona görə də uduzdum. Hər şey qaydasındadır. Bir məğlubiyyətə görə üzülməyə dəyməz.

Turnirin əhəmiyyəti haqqında əvvəllər də danışmışam. Ən əsası, yarış komanda yoldaşımız, dostumuz Vüqar Həşimovun xatirəsinə keçirilir. Vüqar hər zaman yadımızdadır. Uzun illər eyni yarışlarda iştirak etmişik, Azərbaycan millisinin şərəfini qorumuşuq. Onun xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Bu turnirdə iştirak etmək bizə xoşdur".

Tarix
2016.05.27 / 23:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla