Yuxarı

"Cümhuriyyət günü" Ər-Riyadda qeyd edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim təşkil edib.

Axar.az xəbər verir ki, mərasimin keçirildiyi sarayın böyük zalında Azərbaycanın ən məşhur yerlərini, təbiətini, köhnə Bakını, şəhərimizin gecələrini və Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfərini əks etdirən fotostend qurulub.

İştirakçılar xüsusi yaradılmış guşədə ölkəmizlə bağlı ərəb və ingilis dillərində nəşr olunmuş "İRS-Heritage" və "Azərbaycan xalçaları" jurnalları, Azərbaycanın xəritəsi, eləcə də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ haqqında həqiqi faktlar" və "Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)" adlı kitablarla tanış olublar.

Əvvəlcə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə olunan sosial-iqtisadi nailiyyətlər barədə sənədli filmlər nümayiş etdirilib.

Tədbirə yüksək qonaq qismində Ər-Riyad vilayətinin qubernatoru Şahzadə Fəisəl bin Bəndər bin Əbdüləziz, digər yüksək səviyyəli rəsmi şəxslər, diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, həmvətənlərimiz, KİV nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Səfir Rasim Rzayev tədbirdə çıxış edərək 98 il öncə müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətindən və Cümhuriyyət rəhbərlərinin tarixi xidmətlərindən söhbət açıb, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə əldə edilən uğurlar, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar, dövlətimizin başçısının Səudiyyə Ərəbistanına rəsmi səfəri haqqında məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söhbət açıb, beynəlxalq təşkilatlar çərçivəsində Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən Azərbaycanın haqlı mövqeyinin daim dəstəkləndiyini, bu ölkənin münaqişə ilə bağlı prinsipial mövqeyi tutduğunu vurğulayıb.

Mərasim ziyafətlə davam etdirilib.

Yerli kütləvi informasiya vasitələri mərasim barədə məlumatlar yayıb.

Tarix
2016.05.27 / 23:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla