Yuxarı

Hər şey göz qabağındadır - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2003-cü ildən bu günə qədər görülən işlər haqqında çox danışmaq istəməzdim. Hər şey göz qabağındadır.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Buta" sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı çıxışında bildirib.

"Azərbaycanın beynəlxalq nüfuzu artıb, biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq, milli iqtisadiyyat üç dəfədən çox artıb, maaşlar, pensiyalar dəfələrlə artırılıb. Azərbaycan çox böyük əhəmiyyət kəsb edən transmilli, enerji və nəqliyyat layihələrini uğurla icra edib. Azərbaycan qaz, elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Biz enerji, xüsusilə neft-qaz layihələrinin icrasında liderlik keyfiyyətlərimizi bütün dünyaya nümayiş etdiririk. Biz indi regional nəqliyyat mərkəzinə çevrilirik. Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri bir ailə kimi rahat yaşayır. Yəni, bu siyahını uzatmaq olar. Mən görülən işlər haqqında danışsam, saatlarla vaxt lazım olacaq.

Əsas məsələ ondan ibarətdir ki, biz görüləcək işlər haqqında danışaq. Çünki möhkəm təməl var. Həm 1993-2003-cü illərdə, eyni zamanda, son illər ərzində əldə edilmiş nailiyyətlər inkişaf üçün möhkəm təməl yaradıb. Biz bu təməl üzərində müstəqil dövlət quruculuğu prosesini davam etdiririk", - prezident vurğulayıb.

Tarix
2016.05.28 / 00:10
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla