Yuxarı

Bakı ilə aramızda heç vaxt əyrilik ola bilməz - Jirinovski

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Hesab edirəm ki, belə də olmalıdır. İki ölkə arasındakı münasibətlərdə heç vaxt əyrilik ola bilməz.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski bildirib.

"Rusiya ilə Azərbaycan arasında münaqişəli məsələlər yoxdur. Bütün istiqamətlərdə əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Əminəm ki, bizim prezidentlərimiz Vladimir Putin və İlham Əliyev hər zaman hər şey haqqında razılığa gələcəklər", - deyə V. Jirinovski qeyd edib.

Azərbaycan xalqını 28 May-Respublika Günü münasibəti ilə təbrik edən tanınmış rusiyalı siyasətçi bildirib ki, Azərbaycan xalqı çox böyük fəxrlə bu bayramı qeyd edir: "Bu tarix Azərbaycan Demokratik Respublikasının yaradılmasının növbəti ildönümüdür. Mən fürsətdən istifadə edib Azərbaycan xalqını bu əlamətdar hadisə münasibəti ilə təbrik edirəm. Bizim əziz dostlarımız, qonşularımız! Biz sizi tanıyırıq, sevirik və hörmət edirik! Bayramınız mübarək olsun!" .

Tarix
2016.05.28 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla