Yuxarı

Bayram günlərində işləyəcək banklar - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 may Respublika günü şənbəyə təsadüf etdiyindən iş və istirahət günlərinin yerləri dəyişdirilərək, 30 may qeyri-iş günü hesab olunub. Bununla da beşgünlük qrafiklə çalışanlar üç – şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 29-30 may tarixlərində istirahət edəcəklər.

Axar.az xəbər verir ki, bayram günlərində istər ölkə vətəndaşları, istərsə də ölkəmizə gələn turistlər əllərindəki xarici valyutanı dəyişməkdə çətinlik çəkirlər. Məhz bunu nəzərə alıb istirahət günlərində işləyən bankları araşdırdıq.

Azərbaycan Sənaye Bankının "Park Bulvar" filialı istirahət günlərində saat 10:00-21:30 arası fəaliyyət göstərəcək.

Bank Respublikanın isə "Azneft" filialı 24 saat işləyəcək.

Həmçinin "Bank Silk Way", 1 saylı şöbəsində (H.Əliyev adına Beynəlxalq Hava Limanı) valyutanızı dəyişə bilərsiz.

Bunlardan əlavə, Kapital və Paşa Bankın valyuta dəyişən bankomatları da fəaliyyət göstərəcək.

Kapital Bankın Nərimanov filialında, Paşa Bankın isə başda 28 Mall Ticarət Mərkəzi olmaqla digər şöbələrindəki bankomatlarda valyutadəyişmə xidmətindən yararlana bilərsiniz.

Tarix
2016.05.28 / 12:55
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla