Yuxarı

Habil: “Çömçəni dizimin üstünə qoydum və...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün məşhur kamança ifaçısı, mərhum xalq artisti Habil Əliyevin doğum günüdür.

Axar.az xatırladır ki, Habil Əliyev 1927-ci il mayın 28-i Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. 1952-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmayıb. Bəstəkar onun potensial imkanlarını nəzərə alıb, Habilə filarmoniyada işləməyi məsləhət görüb. O, 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamançaçalan kimi fəaliyyətə başlayıb.

Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Xalq artisti sənətə necə gəlməyi barədə danışarkən bunları deyir:

"Mənim sənət aləminə gəlməyimdə iki xeyirxahım olub. Onlardan biri Əhməd Ağdamski, o biri isə anamdır. Əhməd Ağdamski mənə sənətin nə olduğunu anlatdı, anam isə məndə sənətə məhəbbət yaratdı. Yaxşı yadımdadır, uşaq idim. Çömçəni kamança kimi dizimin üstünə qoyub oxlovu ona sürtürdüm. Anam bunu görüb sevinclə dedi:

- Deyəsən, oğlum kamançaçalan olacaq...

Əhməd Ağdamski anamın sözünə qüvvət verdi:

- Hə, Nisə bacı, uşaq çalğıçı olmaq istəyir. Gətir, qoyaq bizim musiqi məktəbinə oxusun. Axırı pis olmaz.

Bu, anamın ürəyindən oldu. Mən Ağdaş musiqi məktəbinə qəbul oldum. Əvvəlcə tarla maraqlandım. Ancaq fiziki cəhətdən zəif olduğum üçün biləyim tara tab gətirmədi. Kamançanı seçdim. Elə həmin vaxtdan da meyilimi kamana saldım. Vaxtımın çoxunu kamanla keçirdim. Yadımdadır, 1938-ci il idi. Məktəbimizdə hansısa bayrama həsr olunmuş təntənəli gecə keçirilirdi. Ömrümdə ilk dəfə olaraq həmin gecədə iştirak etdim. Çalğımı hamı alqışladı. O gecə ən çox sevinən anam oldu, bir də özüm. Mən hətta sevincdən ağladım da. İlahi, sənətdə ilk addımın sevinci necə də böyük olurmuş".

Qeyd edək ki, xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib.

Tarix
2016.05.28 / 18:17
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla