Yuxarı

Pan Gi Mun İlham Əliyevə məktub yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Müstəqillik günü ilə bağlı Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az Pan Gi Munun təbrik məktubunu təqdim edir:

"Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırıram.

Hazırda BMT daha davamlı, sağlam və dinc dünya üçün genişmiqyaslı planlar üzərində çalışır. Bu istiqamətdə səylərimizdə biz hər bir ölkənin qlobal vədlərini, xüsusilə Davamlı İnkişaf Məqsədlərini və İqlim Dəyişikliyinə dair Paris Sazişini yerinə yetirəcəyinə inanırıq.

Sizin Respublika Gününüz ölkənizin şərəfli tarixini qeyd etməyə və insan hüquqları, inkişaf və sülh kimi universal dəyərləri bir daha təsdiq etməyə fürsət yaradır.

BMT müxtəlif mədəniyyətlərin ənənələrini bir məqsəd ətrafında birləşdirməklə çox sayda üzvləri əhatə etdiyinə görə olduqca şanslıdır. Ümumi məqsədlərimizə çatmaqda Azərbaycan hökumətinin töhfələri çox əhəmiyyətlidir. Hamımız üçün daha yaxşı gələcək təmin etmək işində hökumətinizin BMT ilə əlaqələrini daha da dərinləşdirəcəyinə inanıram.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

***

Prezident İlham Əliyevi Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah da təbrik edib. Təbrikdə deyilir:

"Zati-aliləri.

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, əmin olduğumu bildirirəm ki, birgə səylərimiz dost ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsinə töhfə verəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və səadət, dost ölkənizə və xalqınıza davamlı inkişaf və çiçəklənmə arzu edirəm.

Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin".

***

Çex Respublikasının Prezidenti Miloş Zemanın Prezident İlham Əliyevin ünvanına göndərdiyi məktubda bildirilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.

Mən Azərbaycan Respublikası ilə Çex Respublikasının ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etməsindən və bu müsbət meylin keçən ilin sentyabr ayında Bakıya səfərim zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə təsdiq olunmasından məmnunam.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram".

***

İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İndoneziya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq diləyirəm. Əminəm ki, İndoneziya ilə Azərbaycan arasında dostluq əlaqələri xalqlarımızın birgə mənafeyi naminə möhkəmlənməkdə davam edəcək.

Zati-aliləri, xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edin".

***

Omanın Sultanı Qabus bin Səidin Prezident İlham Əliyevə təbrik məktubunun mətni:

"Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm".

Tarix
2016.05.28 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla