Yuxarı

Din Qui: "Azərbaycanın dəstəyi həmişə..." - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnamın paytaxtı Hanoyda Azərbaycanın milli bayramı – Respublika Gününə həsr olunan rəsmi qəbul keçirilib.

Axar.az xəbər verir ki, Vyetnamın dövlət və hökumət rəsmilərinin, Kommunist Partiyasının rəhbər şəxslərinin, diplomatların, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunlarının və jurnalistlərin iştirak etdikləri tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, onun dövlətçilik ənənələrindən söz açan səfir Anar İmanov müsəlman şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda təsis edildiyini, ölkəmizdə qadınlara səsvermə hüququnun bir sıra Avropa dövlətlərindən əvvəl verildiyini diqqətə çatdırıb. O, qısa müddətdə daxili və xarici siyasətdə böyük uğurlar qazanmasına baxmayaraq, 1920-ci ilin aprelində müstəqilliyin Azərbaycan xalqının əlindən alındığını bildirib.

Səfir 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyini, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətindən danışıb. Diplomat ölkəmizin qazandığı nailiyyətlər, Azərbaycanın liderliyi ilə həyata keçirilən böyük enerji və infrastruktur layihələri barədə məlumat verib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğalı barədə danışan səfir BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə indiyədək məhəl qoyulmadığını diqqətə çatdırıb.

Azərbaycan-Vyetnam münasibətlərindən söz açan səfir A.İmanov bu münasibətlərin təməlinin hələ Sovet İttifaqı dövründə qoyulduğunu, 1970-80-ci illərdə çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə ali təhsil aldığını, Azərbaycan mütəxəssislərinin Vyetnamın müharibədən sonra inkişafında, xüsusilə də enerji sahəsində müstəsna rol oynadıqlarını bildirib.

Diplomat müasir dövrdə ölkələrimiz arasında əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edərək dövlət başçılarının qarşılıqlı səfərlərinin bu istiqamətdə önəmini qeyd edib, habelə iki ölkənin hakim partiyaları və parlamentləri arasında sıx əməkdaşlığın mövcud olduğunu söyləyib.

Vyetnam xarici işlər nazirinin müavini Danq Din Qui bayram münasibətilə Azərbaycan rəhbərliyini və xalqımızı təbrik edib. O, Vyetnam hökumətinin Azərbaycanın sosial-iqtisadi inkişafını yüksək qiymətləndirdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin yeni nailiyyətlər qazanacağına, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirəcəyinə inandığını bildirib.

Nazir müavini ölkələrimiz arasında dostluq münasibətlərinin təməlinin Vyetnamın keçmiş Prezidenti Xo Şi Min və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycanın Vyetnam xalqının azadlıq və birlik uğrunda mübarizəsinə, həmçinin milli inkişafına verdiyi dəstəyin ölkəsində həmişə minnətdarlıq hissi ilə xatırlandığını deyib.

O, Azərbaycan ali təhsil ocaqlarında təhsil almış vyetnamlı tələbələrin vətənə döndükdən sonra ölkənin inkişafına böyük töhfələr verdiyini xüsusi qeyd edib.

Danq Din Qui Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə, bunun isə öz növbəsində hər iki ölkənin rifahına, yerləşdikləri regionlarda və dünyada sülhə, sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verəcəyinə ümid etdiyini bildirib.

Mərasimdə Azərbaycanın tarixi, mədəniyyəti, müstəqilliyin bərpasından sonra əldə edilən uğurları, habelə ölkəmizin multikulturalizm ənənələrini əks etdirən film nümayiş etdirilib, milli mətbəximizin nümunələrindən ibarət ziyafət təşkil edilib.

Tarix
2016.05.28 / 18:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla