Yuxarı

Müstəqillik tariximiz bu ildən başlayır - Eskpert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci ildə qazanılmış müstəqillik Azərbaycan Cümhuriyyəti kimi, müstəqil hüquqi dövlət aktının qəbul olunması kimi yadda qalıb və biz müstəqillik tarixini məhz 1918-ci ildən başlayırıq, amma Azərbaycanın dövlətçilik ənənəsi çox qədimə gedib çıxır.

Bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, o zaman Azərbaycan xalqı öz müstəqilliyini əldə etdi, amma təəssüflər olsun ki, bu müstəqillik cəmi 23 ay davam etdi: "Ona görə bu müstəqillik qoruyub saxlana bilinmədi ki, o zamankı tarixi şərait və siyasi vəziyyət buna imkan vermədi. Amma o dövrdə müstəqilliyin bünövrəsi qoyuldu".

O vurğulayıb ki, 1991-ci ildə Azərbaycanın yenidən qazandığı müstəqillik də həmin tarixi yaşaya bilərdi: "Bilirsiniz ki, SSRİ-nin dağılması ərəfəsində bütün respublikalar müstəqilliyini elan etdi, o cümlədən müdrik Azərbaycan xalqı ayağa qalxaraq öz müstəqilliyini əldə etdi. Ancaq 1993-cü ilin may ayında bu müstəqilliyi itirmək təhlükəsində qalmışdı, yəni cəmi 20 ay çəkmişdi. Ancaq bütün dövrlərdə dövlətin yaşaması üçün lider faktı qəbul olunan faktdır və 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan öz müstəqilliyini əbədiləşdirdi".

B.Quliyev bildirib ki, Cümhuriyyət dövründə bizim üçün fəxarətli illər də var: "Yəni 1918-20-ci illərdə çox işlər görülüb. O dövrdə təkcə dövlət atributlarının qəbulu çox vacib amil idi. Bu gün də həmin bayraq müasir müstəqil Azərbaycan dövlətinin bayrağıdır və bu gün də həmin dövrdə qəbul olunan atributlar müasir müstəqil Azərbaycan dövlətində qəbul olunub. Bugünkü Azərbaycan dövləti həmin dövrdəki Azərbaycan dövlətinin varisidir. Ulu öndər Heydər Əliyev də dəfələrlə qeyd edib ki, müasir Azərbaycan həmin Cümhuriyyətin varisidir".

Siyasi ekspert əlavə edib ki, bu gün bəzi siyasi təşkilatlar, partiyalar iddia edirlər ki, Cümhuriyyət hakimiyyətinin nümayəndələri məhz Müsavat Partiyasının üzvü idi, deməli, indiki Müsavat Partiyası onun sələfidir: "Xeyr, elə deyil. Ona görə ki, həmin partiya ilə indiki partiya arasında nə tarixi, nə siyasi-ideoloji əlaqə var. Kimsə iddia edə bilər, kimsə həmin partiyanın nizamnaməsindən, yaxud hansısa bir nümunəsindən istifadə edə bilər. Amma bu o demək deyil ki, bu partiya həmin partiyanın varisidir. O vaxtkı hakimiyyət Azərbaycan xalqının tarixidir, Azərbaycan dövlətinin tarixidir, bununla bağlı heç kim iddia qaldıra bilməz".

Tarix
2016.05.28 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla