Yuxarı

Onlar yadplanetli görüblər: 7 hadisə - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yadplanetlilərin olub-olmadığı hələ rəsmi şəkildə sübut edilməsə də, dolaşan şayiələr, görülən naməlum obyektlər, çəkilən videolar insanları həyəcanlandırır.

Axar.az xəbər verir ki, bir çoxları yadplanetli gördüklərini iddia edir və hətta onlarla danışdıqlarını bildirirlər.

Bununla bağlı Yutub portalındakı maraqlı videolardan birini təqdim edirik. Videoda yadplanetlilərlə bağlı maraqlı xatirələrdən bəhs olunur:

1. Finlandiyada iki meşəbəyi qırmızı toz buludunun içərisinə düşür. Burada Uçan Naməlum Obyekt (UNO) gördüklərini iddia edən meşəbəyilər olduqca güclü işığa məruz qaldıqdan sonra şüurlarını itirirlər. Meşəbəyilər özlərinə gəldikləri zaman isə kiçik varlıqlar gördüklərini bildirirlər.

2. Cosef Vyanada (Avstriya - red.) meşədə gəzərkən heç vaxt görmədiyi avtomobillə qarşılaşır. Maşında olan yadplanetlilərin onu göyərtəyə dəvət etdiyini iddia edən Cosef Nasist müharibədən, qırğınlarından danışır və əgər sehrli gücləri varsa, kömək etmələrini istəyir. Yadplanetlilər isə "tarixi dəyişə bilmərik, bizi cəzalandırarlar", - deyərək dünya tarixinin lazım olduğu kimi davam edəcəyini bildirirlər.

3. İngiltərədə 15 yaşlı Anna xadimə olduğu evin bağında huşsuz vəziyyətdə tapılır. Özünə gəldikdən sonra isə ev sahiblərinə kiçik varlıqların ona yaxınlaşdığını və öpməyə başladığını söyləyir. Bu hadisədən sonra Anna uzun müddət ağrı çəkir və qeyri-adi şəkildə 8 dildə danışır. Həmin gündən sonra Annanın bütün cinsi istəkləri ölənə qədər məhv olur.

4. İngilis mühəndis Cənubi Afrika torpaqlarında gəzərkən kiçik varlıq onun qarşısını kəsir və suya ehtiyacı olduğunu bildirir. Mühəndis varlığın istəyini yerinə yetirir və naməlum bir obyektə doğru getməyə başlayırlar. Yadplanetli ulduzlardan birini göstərib oradan gəldiyini söyləyir. Mühəndis sonra baş verənləri xatırlamır, lakin həmin hadisədən sonra ulduz xəritəsini dəqiqliklə öyrənir.

5. Çində ağacların arasında çox parlaq cisim görən cütlük Yut və Ten huşlarını itirirlər və yüksək şüalanmaya məruz qalırlar. İki həftə sonra evlərindən 450 km məsafədə yuxudan ayılırlar və heç kəsin başa düşmədiyi bir dildə danışırlar.

6. Yeni Zelandiyada artan UNO xəbərlərindən sonra dözə bilməyən xalq yadplanetli ovuna çıxır. UNO ovundan sonra evlərinə qayıdan ovçular heç nə xatırlamırlar. Lakin hamının qolunda qəribə yanıq izi olur.

7. İtaliyada maşınla uzun səfərə çıxan Volter Lizi qəribə cismin yol kənarında dayandığını görür. Cismin yanına yaxınlaşan və nə olduğunu anlamağa çalışan Lizi bir müddət sonra cismin içərisindən çıxan yadplanetlilərlə rastlaşır. Lizinin sözlərinə görə, yadplanetlilər bu planetdə çox tez yaşlandıqları üçün ziyarətlərini qısa, əsasən 8 dəqiqə edirlər. Bu qarşılaşmadan 8 gün sonra o, qəribə şəkildə itkin düşür və ölüsü 8 həftə sonra UNO-larla qarşılaşdığı yerdən tapılır.

Tarix
2016.05.28 / 22:56
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla