Yuxarı

Xərçəngdən və infarktdan qoruyan giləmeyvə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quşüzümü ən faydalı yabanı giləmeyvə sayılır. Xalq təbabətində quşüzümü çox geniş istifadə olunur.

Saglamolun.az-ın məlumatına görə, bu kiçik qırmızı giləmeyvə müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində C, K, B qrupu vitaminlər, orqanik turşular, xərçəngdən qoruyan flavonoidlər, katexinlər və antosianlar, efir yağları, pektin, büzücü və s. faydalı maddələr var.

Quşüzümü əsl təbii dərman və vitamin kompleksidir. Onun faydalı xüsusiyyətlərini saymaqla bitməz:

- güclü antioksidant xüsusiyyətlərlə zəngindir, qocalma prosesləri ləngidir

- sinir sistemini sakitləşdirir, gərginliyi, stresi azaldır, yuxunu yaxşılaşdırır, baş ağrılarını müalicə edir

- qanda xolesterinin səviyyəsini aşağı salır

- orqanizmi şlaklardan və toksinlərdən təmizləyir

- soyuqdəymə xəstəlikləri zamanı yaxşı müalicəvi təsir edir

- avitaminozun qarşısını alır

- ürək xəstəlikləri, hipertoniya zamanı faydalıdır, ürəklə bağlı olan ödemləri azaldır, ürək əzələsini möhkəmləndirir

- yaxşı sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini duzlardan və mikroblardan təmizləyir, sistiti müalicə edir

- damarların dərmanıdır - damarları təmizləyir, möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun, insultun və infarktın profilaktikasıdır

- qanda şəkərin səviyyəsini aşağı salır

- onkoloji xəstəliklərin inkişafının qarşısını alır

- orqanizmi tonuslaşdırır.

Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (xora xəstəliyi, mədənin turşuluğunun artması ilə müşayiət olunan qastrit), hipotoniya (aşağı təzyiq) zamanı quşüzümü yemək olmaz.

Quşüzümündən müalicəvi içki resepti:

1 ovuc təzə quşüzümü blenderdə əzilir, üzərinə 1 stəkan isti su əlavə olunur. Dəmləməni qida qəbulundan əvvəl 1/3 stəkan olmaqla qəbul edin (qəbul etdikdən əvvəl qarışdırın). Belə dəmləmə hipertoniya, şəkərli diabet, baş ağrıları, istənilən iltihablar zamanı çox faydalıdır, damarları təmizləyir, orqanizmi möhkəmləndirir, xərçəngin profilaktikasıdır.

Tarix
2016.05.30 / 01:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla