Yuxarı

Qaynar payız gəlir: Moskvanın Qafqaz planı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bütün imkanlarından istifadə edərək çalışacaq ki, oktyabrdakı parlament seçkilərində rusiyayönlü qüvvələr qalib gəlsin.

Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstanın eks-deputatı Ramin Bayramov söyləyib. Onun sözlərinə görə, hazırda bölgədə qərbyönlü və rusiyayönlü qüvvələr arasında gərginlik artır:

"Buna ən böyük misal Gürcüstan və Ermənistanda keçirilən hərbi təlimlərdir. Gürcüstanda NATO təlim mərkəzinin açılması Kremli dəhşətə gətirir. Sözsüz ki, Moskva özünün nəzarət etdiyi regionlarda (Cənubi Osetiya, Abxaziya, Ermənistan) hərbi təlimlər keçirməklə, regionda yeni gərginlik ocaqları yaratmaqla cavab verməyə çalışacaq. Regionun bütün oyunçularının addımları və niyyətlərini nəzərə alsaq, Rusiya strategiyası ciddi şəkildə sarsılıb və onun fəaliyyəti daha çox imperiyanın simasını saxlamaqdan ötrü məcburi şəkildə atılmış addımlara bənzəyir. Məncə, qərbyönlü qüvvələrin açıq-aşkar üstünlüyünü göstərən sonuncu cəhd Gürcüstandakı siyasi situasiyadır. Rusiya bütün imkanlarından istifadə edərək çalışacaq ki, oktyabrdakı parlament seçkilərində rusiyayönlü qüvvələr qalib gəlsin. Bunun üçün Moskva bütün imkanları ilə İvanişvilinin Gürcü Arzusu Partiyasına, Nino Burcanadzeyə, Vətənpərvərlər Alyansı Partiyasına və digərlərinə dəstək verəcək. Azərbaycan indiyə qədər öz müstəqilliyinin ələ keçirilməsinin qarşısını alıb və bundan sonra da alacaq. Yalnız Gürcüstan qalıb. Bu ölkənin taleyi bütün regionun müqəddaratını həll edə bilər".

Tarix
2016.05.30 / 10:12
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla