Yuxarı

Dəhşətli qəza ilə bağlı DİN-dən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Xızıda 3 nəfərin ölümü, 22 nəfərin yaralanmasına səbəb olan dəhşətli qəza ilə bağlı DİN rəsmi məlumat yayıb.

Axar.az xəbər verir ki, məlumatda mayın 29-da saat 19 radələrində Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Şirinov idarə etdiyi "Hyunday" markalı mikroavtobusun dərəyə aşdığı bildirilir:

"Nəticədə Z.Şirinovun sərnişinlərindən həmyerliləri 1963-cü il təvəllüdlü Billurə Nağdəli qızı İsmayılova və 1984-cü il təvəllüdlü Kamil İslam oğlu Həziyev hadisə yerində ölmüş, özü və digər sərnişinləri 1954-cü il təvəllüdlü Nizami Astan oğlu Abdullayev, 1966-cı il təvəllüdlü Əsəd Allahverdi oğlu Qurbanov, 1975-ci il təvəllüdlü Lalə Rəhman qızı Rəhmanova, 1973-cü il təvəllüdlü Ziba Novruz qızı Rəhmanova, 1955-ci il təvəllüdlü Rasim Şəfa oğlu Rzayev, 1950-ci il təvəllüdlü Qafar Xanbaba oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Saylar Əriyən oğlu Mikayılov, 1975-ci il təvəllüdlü Leyla Comərd qızı Fərhadova, 1979-cu il təvəllüdlü İradə Sabir qızı Əliyeva, 1963-cü il təvəllüdlü İsmayıl Allahverdi oğlu Feyzullayev, 1985-ci il təvəllüdlü Fərqanə Cəlil qızı Fərzəliyeva, 1977-ci il təvəllüdlü Hədiyyə Rəhim qızı Əliyeva, 1964-cü il təvəllüdlü İndira Talıb qızı Mollayeva, 2005-ci il təvəllüdlü Nigar İlham qızı Kazımlı, 1987-ci il təvəllüdlü Vüsalə Namiq qızı Ağabəyli, 1971-ci il təvəllüdlü Mehman Oruc oğlu İsmayılov, 1962-ci il təvəllüdlü Zərxanım Həşim qızı Sərtayeva, 1969-cu il təvəllüdlü Sumeddin Həmzə oğlu Qasımov, 1974-cü il təvəllüdlü Şəfəq Sərdar qızı Süleymanova, 1991-ci il təvəllüdlü Günel Rayət qızı Bəşirova, 1950-ci il təvəllüdlü Sərxan Ata oğlu Abdullayev, Vaqif Talıbov və Abşeron rayon sakini 1989-cu il təvəllüdlü Samir İlham oğlu Xıdırov xəstəxanaya yerləşdirilmişlər. S.Abdullayev orada ölmüşdür.

Xızı RPŞ tərəfindən araşdırma aparılır".

Qeyd edək ki, artıq hadisə ilə bağlı cinayət işi açılıb, Səhiyyə naziri Oqtay Şirəliyev isə yaralılara baş çəkmək üçün Siyəzənə gedib.

Tarix
2016.05.30 / 13:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla