Yuxarı

İlham Əliyevə təbriklər davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Çox hörmətli cənab Prezident.

Xahiş edirəm, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Müstəqil Azərbaycan Respublikası son illərdə sürətlə inkişaf edərək iqtisadi, siyasi, ictimai və sosial sahələrdə sanballı nailiyyətlər qazanıb. Ölkədə əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində əsas məsələlər müvəffəqiyyətlə həll olunur. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr arasında layiqli yer tutur.

Cənab Prezident, əlamətdar bayram münasibətilə Sizə və bütün Azərbaycan xalqına sağlamlıq, sülh, xoşbəxtlik, firavanlıq, qarşıya qoyulan məqsədlərə çatmaqda uğurlar arzu edirəm".

***

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə Ulu Tanrıdan möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına inkişaf və çiçəklənmə diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam həmrəyliyinin təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Zati-aliləri, üzv dövlətlərimizin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına Sizin verdiyiniz dəstəyi yüksək qiymətləndiririk.

Cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".

Tarix
2016.05.30 / 14:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla