Yuxarı

İlham Əliyev: “Azərbaycan daim sizin yanınızdadır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib.

Axar.az xəbər verir ki, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə rəsmi səfərini xatırlayan dövlət başçısı səfərin uğurlu və səmərəli keçdiyini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev hər iki ölkənin dövlət başçıları səviyyəsində çox yaxşı münasibətlərin qurulduğunu deyib. Əfqanıstan İslam Respublikasının Prezidenti ilə apardıqları müzakirələrə toxunan dövlət başçısı Prezident Məhəmməd Əşrəf Qaninin Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi və ölkənin inkişafının davam etdirilməsi istiqamətində atdığı addımların, o cümlədən Əfqanıstanın gələcəyi ilə bağlı fikirlərinin onda dərin təəssürat yaratdığını vurğulayıb. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın daim Əfqanıstanın yanında olacağını qeyd edib. Dövlət başçısı Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin, eləcə də əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsi baxımından önəmini vurğulayıb.

Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. O deyib ki, Prezident Məhəmməd Əşrəf Qani ilk Prezident olaraq Azərbaycan Prezidenti ilə görüşündən şərəf hissi duyur. Mohammad Xanif Atmar bildirib ki, ölkəsinin Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin İslam ölkələri birliyindəki rolunu yüksək qiymətləndirir və bu istiqamətdəki fəaliyyətini minnətdarlıqla qeyd edir.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstan Prezidentinə çatdırmağı xahiş edib.

Tarix
2016.05.30 / 14:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla