Yuxarı

Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Yığmanın baş məşqçisi İradə Aşumova Report-a bildirib ki, 27 yaşlı idmançıya olimpiadada iştirak üçün "vayld kart" təqdim olunub. İ.Aşumova seçimin 3 azərbaycanlı atıcı arasından aparıldığını bildirib. Baş məşqçi deyib ki, daha yüksək reytinqi olduğu üçün Beynəlxalq Atıcılıq İdmanı Federasiyası R.Lunyova üstünlük verib.

Azərbaycanlı güllə atıcısı "Rio-2016"da 25 metr məsafəyə kiçik çaplı tapançadan və 10 metr məsafəyə pnevmatik tapançadan 60 atəş açacaq.

Qeyd edək ki, Ruslan Lunyov olimpiadaya vəsiqə qazanan 48-ci idmançıdır.

Tarix
2016.05.30 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla