Yuxarı

Kəmaləddin Heydərov əfqanıstanlı katiblə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mayın 30-da Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Kəmaləddin Heydərov nazirliyin fəaliyyəti, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.

O, dost Əfqanıstanın uyğun qurumları ilə fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirmiş, əlaqələrin geniş perspektivləri olduğunu vurğulayıb.

Görüşə görə nazir K.Heydərova təşəkkürünü bildirən Mohammad Xanif Atmar qeyd edib ki, Əfqanıstan bütün sahələrdə olduğu kimi, fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə də iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişafında maraqlıdır.

Görüşdə əfqanıstanlı gənclərin FHN-in Akademiyasında təhsil alması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2016.05.30 / 16:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla