Yuxarı

Külək Gəncədə fəsad törətdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü külək və yağış Gəncə şəhərində fəsadlar törədib.

Axar.az Region TV-yə istinadən xəbər verir ki, güclü yağış Gəncənin Zülfi Hacıyev küçəsini sel sularına qərq edib, avtomobillərin və piyadaların hərəkətində çətinliklərə səbəb olub. Bəzi evlərə ziyan dəyib.

Təbii fəlakət şəhərin Rüzgar Qasımov küçəsində isə ağacı evin üzərinə aşırıb. Çinar ağacının ziyan vurduğu evdə yaşayış olmadığından xəsarət alan olmayıb.

Mayın 29-u axşam saatlarında müşahidə edilən güclü külək şəhərin bəzi ərazilərinin elektrik enerjisi ilə təminatında da fasilələr yaradıb.

Dünən Gəncəyə yağan güclü yağış və dolu şəhərin Gülüstan yaşayış massivində yaşayan sakinlər üçün də ciddi problemlər yaradıb. Güclü küləyin əsməsi nəticəsində işıq naqilləri qırılıb və əhali təxminən 3 saat işıqsız qalıb.

Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Tarix
2016.05.30 / 17:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla