Yuxarı

Hacıqabulda yanğın: Külli miqdarda ağac məhv oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax yolunun 110-111-ci kilometrliyində Hacıqabul rayonu ərazisində, dəmiryol xəttinin kənarında quru ot örtüyündə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, yanğın sonradan 2008-ci ildə nazirlik tərəfindən magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahəsinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in və Hacıqabul rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın söndürülüb:

"İlkin ehtimala görə yanğının baş verməsinə bəzi ehtiyatsız şəxslər tərəfindən söndürülməmiş papiros kötüyünün yerə atılması səbəb olub. Təəssüf ki, yanğın zamanı 1 hektar ərazidə 180 ədəd Eldar şamı yanaraq məhv olub, 90 ədəd Eldar şamı, 103 ədəd yaşıl göyrüc, 113 ədəd akasiya və 60 ədəd zeytun ağacına ziyan dəyib. Təəssüflə bildiririk ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində səkkizillik ağaclar məhv olub, magistral yol kənarında artıq meşə zolağına çevrilmiş yaşıllıq sahəsinin bir hissəsi yanaraq külə dönüb. Əfsus ki, bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək yanan papiros kötüyünü yerə atır və meşə zolağının yanaraq məhvinə səbəb olur. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır".

ETSN əməkdaşları tərəfindən yanğın baş vermiş ərazidə artıq meşəbərpa tədbirlərinə başlanılıb. Təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunub:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və meşələrimizi və yaşıllıqlarımızı qorumağa çağırır".

Tarix
2016.05.30 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla