Ana səhifə Gündəm |
Bütün auditoriyaya sübut etməyə və onları inandırmağa çalışdıq ki, Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisi olub və bu gün də Azərbaycan ərazisidir.
Axar.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun APA-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarını işğal
etməsi məsələsi növbəti dəfə qaldırılıb:
"Dünən biz Dağlıq Qarabağın tarixi məsələsini qaldırdıq. Bütün
auditoriyaya sübut etməyə və onları inandırmağa çalışdıq ki, Dağlıq
Qarabağ tarixi Azərbaycan ərazisi olub və bu gün də Azərbaycan
ərazisidir. Bunu tarixi faktlar və dəlillərlə sübut etdik. Qafqaz
Bolşeviklər Bürosunun 1921-ci il 5 iyul qərarı var, ona "Stalin
qərarı" deyirlər. Guya Dağlıq Qarabağı Stalin azərbaycanlılara
verib. Sübut etdik ki, əvvəla 1921-ci ildə Stalin hələ ölkə başçısı
deyildi. Stalin 1923-cü ildə ölkə başçısı olub. 1921-ci il iyul
ayının 5-də Rusiya Kommunist Partiyasının Qafqaz Bürosu qərar qəbul
edib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycanla daha sıx
iqtisadi və siyasi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağın
Azərbaycanda saxlanılması bir daha məsləhət görülsün. Bu, o
deməkdir ki, Dağlıq Qarabağ əvvəldən də Azərbaycanın tərkibində
olub, yenə də məsləhət görülüb ki, Azərbaycanın ərazisində qalsın.
Çünki Mikoyan hələ o vaxt Leninə yazırdı ki, əgər Dağlıq Qarabağ
İrəvana verilsə, ermənilər acından öləcəklər. Bu tarixi faktların
hamısını səsləndirdik. Hesab edirəm, çox yaxşı oldu.
İkinci qaldırdığımız məsələ işğal məsələsi oldu. Biz 1992-ci ildən
bu yana nə beynəlxalq sənədlər varsa, beynəlxalq hüququn norma və
prinsiplərini əsas gətirərək onları NATO Parlament Assambleyasında
iştirak edən həmkarlarımızın nəzərinə çatdırdıq. Bildirdik ki,
ermənilər nə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini, nə
də BMT-nin Baş Assambleyasının qərarını icra edirlər. Eyni zamanda
Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının
qərarını da icra etmirlər. Çıraqovların Avropa Məhkəməsində
ermənilərlə bağlı iddiası olmuşdu, onu da misal gətirdik, Sərsəng
su anbarı ilə əlaqədar bütün sənədləri 50 ayrı-ayrı cilddə
nümayəndə heyətinin üzvlərinə təqdim etdik. Digər bir məsələ -
"Metsomor" Atom Elektrik Stansiyasının bölgə üçün təhlükəsi ilə
əlaqədar çıxış etdik. Bildirdik ki, bu köhnə atom elektrik
stansiyasıdır və stansiya Çernobıl Atom Elektrik Stansiyasının
texnologiyası əsasında tikilib, istismar müddətini tamamilə itirib.
Bu stansiya istənilən vaxt böyük faciəyə səbəb ola bilər. Eyni
zamanda seysmik zonada yerləşir və istənilən vaxt bu stansiya
nəinki Ermənistan, eyni zamanda onun ətrafında da çox böyük bir
faciə əmələ gətirə bilər. Ona görə də nümayəndə heyətlərindən, NATO
Parlament Assambleyasının sədrindən, baş katibindən xahiş etdik ki,
bu məsələ Beynəlxalq Atom Agentliyində müzakirə olunsun, gəlib
vəziyyətlə tanış olsunlar. Əminəm ki, gəlib baxsalar, görəcəklər,
bu tamamilə köhnəlmiş, istismar müddəti başa çatmış stansiyadır və
bağlanmalıdır".
Ziyafət Əsgərovun sözlərinə görə, sessiya zamanı ermənilər yerlərindən qışqıraraq, haray-həşir salıblar:
"Bu gün NATO baş katibinin müavini çıxış etdi, mən ona sual
verdim ki, siz Azərbaycanın ərazi bütövlüyünə, işğal faktına necə
baxırsınız? Baş katibin müavini suala konkret cavab verdi. Dedi ki,
biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq, tanıyırıq və heç bir
halda Azərbaycanın sərhədləri dəyişdirilə bilməz. Eyni zamanda qeyd
etmək istərdim ki, biz sessiyada komanda şəklində iştirak etdik və
bizim nümayəndə heyətinin üzvləri çox fəal iştirak etdilər.
Ermənistan nümayəndə heyəti ilə bağlı mübahisəli məqamlar oldu.
Biz həqiqətləri arqumentlərlə sübut edirdik, ermənilər isə
yerlərindən qışqırıq, haray-həşir saldılar. Bu ermənilərin milli
xüsusiyyətləridir. Arqument olmayanda qışqırırlar. Bizim nümayəndə
heyətinin üzvləri də şahid oldular ki, ermənilər həqiqətən gülünc
vəziyyətə düşdülər. Çünki əlində əsas olmayanda, erməni nümayəndə
heyəti məəttəl qaldı ki, nə desin? İşğala məruz qalan, torpaqları
işğal olunan bizik, axı siz nə deyəcəksiniz?"
Parlament üzvü cəbhə xəttində ötən ay baş verənlərlə bağlı NATO Parlament Assambleyasında ətraflı məlumat verildiyini qeyd edib:
"Ermənistan qoşunlarının bizə qarşı 2-5 aprel təxribatı ilə
bağlı əsl həqiqətlərii çalışdıq ki, NATO Parlament Assambleyasında
olan həmkarlarımıza izah edək. Bildirdik ki, ermənilər Azərbaycan
ərazisinə soxulub, bizim ərazimizdə müharibə aparırlar, biz
başqasının ərazisinə soxulmamışıq, öz ərazimizi müdafiə edirik və
ermənilər yenə də təmas xəttində təxribat törədiblər, yüzlərlə
vətəndaşımızın evini dağıdıblar, mülki vətəndaşlarımızı öldürüblər.
Eyni zamanda 50 ev tamamilə dağıdılıb, qocalar, cavanlar, uşaqlar
öldürülüb. Belə olan vəziyyətdə biz buna dözə bilməzdik, düşmənin
qarşısını almaq üçün əməliyyatlar aparmağa məcbur olduq.
Bizim Albaniya parlamentinin spikeri İlir Meta ilə çox məhsuldar görüşümüz oldu. Görüşümüzdən dərhal sonra İlir Meta bəyanat verdi ki, Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Dağlıq Qarabağ, ona bitişik işğal olunmuş digər əraziləri Azərbaycanın tərkib hissəsi hesab edir".
Tarix
2016.05.30 / 19:12
|
Müəllif
Hacı Qulu
|