Ana səhifə Toplum |
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.
ANAMA-dan Axar.az-a verilən məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib və 14 000 kv. m ərazi yoxlanılıb.
DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən Cəmilli kəndində 1 əkin sahəsində 7 partlayış yerinə baxış keçrilmiş və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.
Cəmi 3 ev və həyatyanı sahə, 1 əkin sahəsi, 11 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb və nəticə etibarilə 22 000 kv. m ərazi təmizlənib.
Ağcabədi rayonunun Hacılar kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib,13 000 kv. m ərazi yoxlanılıb.
Cəmi 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə
etibarı ilə 13 000 kv. m ərazi yoxlanılıb.
Füzuli rayonunun Şükürbəyli kəndində 6 otlaq sahəsində 6 partlayış
yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 120
mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) nəticə etibarı
ilə 3 016 kv. m ərazi yoxlanılıb.
Cəmi 6 otlaq sahəsi, 6 partlayış yeri aşkar edilmiş, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) və nəticə etibarilə 3 016 kv. m ərazi təmizlənib.
30 May tarixində 3 ev və həyətyanı sahə, 9 əkin sahəsi, 20 partlayış yerinə baxış keçirilmiş, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd qrad raketinin mühərrik hissəsi, 2 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 38 016 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 30 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 543 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 477 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Tarix
2016.05.30 / 21:03
|
Müəllif
Axar.az
|