Yuxarı

Erməni Vardanyan Bakıdadır - Rusiya səfirliyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anası ilə Azərbaycana gəlmiş və formallıqların dəqiqləşdirilməsi üçün Bakı hava limanında saxlanılmış 8 yaşlı Rusiya vətəndaşı Luka Rubenoviç Vardanyan hazırda anası ilə birlikdə Bakıdadır.

Bunu Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

"Mayın 29-da təxminən saat 13-də Rusiya səfirliyinə zəng daxil olub ki, Bakı beynəlxalq hava limanında Bakıya gəlmiş 8 yaşlı Rusiya vətəndaşı Luka Rubenoviç Vardanyan pasport qeydiyyatını keçərkən Azərbaycan ərazisinə buraxılmasında problemlər yaranıb. Dərhal hava limanına səfirliyin əməkdaşı gəlib. Yerli hakimiyyət orqanları ilə razılaşdırılaraq, uşağa ölkəyə girişə imkan verilib. Hazırda o, anası ilə birlikdə Bakıdadır", - səfirliyin məlumatında belə deyilir.

Qeyd edək ki, Rusiyanın tanınmış qənnadçısı və fotoqrafı Kristina Konstantinova ikinci həyat yoldaşı və 8 yaşlı oğlu ilə birgə bu gün Bakıya gəlib. Kristina Konstantinova əvvəllər Ruben Vardanyan adlı erməni ilə ailəli olub. 8 yaşlı Luka Vardanyanın atası da Ruben Vardanyandır.

Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanının sərhəd-keçid məntəqəsində 8 yaşlı Luka Vardanyan saxlanılmışdı. Məlum olmuşdu ki, azyaşlı Bakıya atasının razılığı olmadan gətirilib. Halbuki 18 yaşınadək şəxslər bir ölkədən digər ölkəyə mütləq valideynlərinin hər ikisinin razılığı ilə aparıla bilər.

Dövlət Sərhəd Xidmətinin Bakı aeroportundakı nümayəndələri bildiriblər ki, Azərbaycan Luka Vardanyanı ölkəyə buraxmağa hazırdır:

"Ancaq onun atası işə qarışıb. Heç bir deportasiyadan söhbət gedə bilməz. Azərbaycan ölkəyə gələn başqa turistlər kimi həmin uşağın da təhlükəsizliyini təmin etməyə hazırdır".

Tarix
2016.05.30 / 21:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla