Yuxarı

Renad Əliyev qardaşından imtina etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən – Renad Mahir oğlu Əliyev, bütün ailə üzvlərimiz, o cümlədən anam hazırda ailəmizlə heç bir əlaqəsi olmayan Riyad Əliyevdən imtina etmişik.

Bu sözləri 4-cü dan qara kəmər ustası, məşqçi Renad Əliyev xaricdə yaşayan qardaşı Riyad Əliyevin ölkəmiz əleyhinə təbliğatına cavab olaraq Axar.az-a deyib. Onun sözlərinə görə, 1975-ci il təvəllüdlü qardaşının fikirləri iftira və böhtandır:

"Xaricdə oturub prezidentimizə, dövlətimizə böhtan atmaqla məşğuldur. Bu cür alçaq, sərsəm və axmaq sözləri ancaq ruhi xəstə olan adam deyə bilər. Biz hər zaman dövlətimizlə, prezidentimizlə fəxr etmişik. Heç kəsə sirr deyil ki, hazırda Azərbaycanın nüfuzu necə böyüyüb və bunların hamısı da prezidentimizin sayəsindədir".

Qeyd edək ki, özünü Təfəkkür Universitetinin təsisçilərindən biri və bu universitetin Kiyev filialının rektoru adlandıran R.Əliyev barəsində Təfəkkür Universiteti rəhbərliyinin şikayəti əsasında cinayət işi açılıb.

Dələduzluqda təqsirləndirilən Riyad Əliyev İnterpolun xətti ilə axtarışdadır.

Tarix
2016.05.30 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla