Yuxarı

Teymur Rəcəbov məğlubiyyətdən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 superturnirinin V turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub.

Axar.az xəbər verir ki, partiyadan sonra Rəcəbov oyun haqda bunları deyib: "Karuana güclü rəqibdir. Çətin partiya alındı. Debütdən sonra aşkar üstünlük hiss olunmurdu. Fiqurları dəyişəndən sonra oyun fərqli istiqamətdə inkişaf etməyə başladı. Ağlarla oynayan rəqibim düzgün gedişlərlə üstünlük qazandı və onu qələbəyə qədər davam etdirdi. Çıxış yolunu axtarsam da partiyada dönüş etmək mümkün olmadı".

Əslən italiyalı olan Fabiano Karuana isə Azərbaycan şahmatçısının səhv etdiyini bildirdi: "Qara fiqurların vəziyyəti o qədər pis deyildi. Amma səhv gedişdən sonra onları oyunu dəyişdi. Ağlar üstünlük qazandı. Qara fiqurlar üçün müdafiə olunmaq çətin oldu. Belə də şah fiqurunu əhatəyə almaq lazım gəldi. Sevinirəm ki, qələbə qazandım. Bu gün əldə olunan 1 xal istirahət gününə rahat yollanmağa imkan verəcək. Ümumilikdə turnirdəki vəziyyətimdən razıyam. Hər şey istədiyim kimi davam edir. Hazırda yekun nəticə haqda danışmaq tezdir. Sona 4 tur var. Hər şey dəyişə bilər. Əvvəlcədən söyləmişəm ki, Şəmkirdə qələbə qazanmaq istəyirəm. Ardıcıl üçüncü dəfədir bu yarışda iştirak edirəm. Nəhayət Şəmkiri qalib kimi başa vurmaq istəyirəm.

Sabah təşkilatçılar tərəfindən futbol oynamaq təklifi almışam. Ona görə vaxtımı futbola həsr edəcəm".

Tarix
2016.05.31 / 00:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla