Yuxarı

ABŞ və Rusiya kosmosda müharibəyə hazırlaşır - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı dövlətləri kosmosa hakim olmaq uğrunda hərbiləşdirmə yarışı aparırlar.

Axar.az xəbər verir ki, ekspertlər yaxın zamanda kosmosun böyük güclərin döyüş meydanına çevriləcəyini bildirirlər. Türkiyənin "Taymtürk" xəbər portalı son vaxtlar ABŞ-Rusiya-Çin arasında kosmosda savaşın aparılması ilə bağlı məqalə dərc edib.

Məqalədə qeyd edilir ki, kosmosa ilk peyk 1957-ci ildə Rusiya tərəfindən göndərilib. O gündən bu günə, heç bir ölkə digərinin orbitdəki peykinə hücum etməyib.

Kosmosun hərbi sahəyə çevrilməsi prosesi uzun müddət öncədən başlasa da, son on ildəki texnoloji irəliləyişlər kosmosun hərbiləşdirilməsinə təkan verib.

Üstünlük ABŞ-da, ancaq...

Vaşinqtonun kosmosdakı hakimiyyəti və strateji olaraq kosmosa daha bağlı olması ABŞ-ın rəqiblərinin ASAT-lar kimi tanınan silahlar istehsal etməsinə səbəb olub. Soyuq müharibə dövründə kosmosda başlayan bu proses hazırda böyük güclərin əsas diqqətindədir. ABŞ-ın hərbi kosmik texnologiyalara malik olmasına baxmayaraq, düşmənlərinə orbitdəki infrastrukturlarına hücum etmək imkanı verir. Buna görə də ABŞ bir tərəfdən bu texnologiyaları inkişaf etdirməyə çalışır, bir tərəfdən də düşmənin hücumlarına qarşı müdafiə sistemləri qurmağa davam edir.

ABŞ-ın dəniz nəqliyyatı, kəşfiyyat toplama, kommunikasiya və rabitə kimi sahələri orbitdə yerləşən peyklərdən asılı duruma gəlib.

Rusiyadan Nudal hücumu

Rusiya hələ üç gün əvvəl, yəni 27 may 2016-cı ildə Moskvanın şimalındakı Pletsetsk kosmos bazasından "Nudol" adlı raket əleyhinə kompleksini peykə göndərib. "Nudol"un ABŞ-ın dəniz nəqliyyatı, rabitə və kəşfiyyat vasitələrini təsirsiz hala gətirə biləcək gücdə olduğu bildirilib.

Pentaqonun keçmiş nümayəndəsi Mark Şnayder Rusiyanın təcavüzünün ABŞ üçün dağıdıcı nəticələr doğuracağını söyləyib. "GPS rabitəsinin vurulması bəzi silahları, eləcə də müdafiə sistemlərini təsirsiz hala gətirə bilər", - Şnayder qeyd edib.

ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Devid J.Buk məsələ ilə bağlı açıqlamasında Rusiyanın ABŞ-ın kosmosa bağlılığını hərtərəfli bir zəiflik kimi gördüyünü, kosmosda hücum üstünlüyünü ələ keçirmək üçün planlı addımlar atdığını vurğulayıb.

Tərəflərdən biri də Çindir

ABŞ-ın kosmosdakı hakimiyyətindən və zəifliyindən istifadə edə biləcək ölkələrdən biri də Çindir. 1990-cı illərin əvvəllərindən bəri raket əleyhinə müdafiə sistemlərini inkişaf etdirməkdə olan Çin son raket sınağını 2015-ci ilin sonlarında həyata keçirib. SC-19 və DN-2 adlı bu raketlər bir peyk və ya kosmik vasitəni kinetik öldürmə üsulu ilə zərərsizləşdirmək və ya məhv etmək gücünə sahibdir.

Tarix
2016.05.31 / 09:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla