Yuxarı

Poroşenko Saakaşvili ilə görüşdü və təşəkkür etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Pyotr Poroşenko Odessanın qubernatoru Mixail Saakaşvilini qəbul edib.

Axar.az Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Poroşenko Saakaşvilinin Odessada bu günə qədər gördüyü işləri müsbət dəyərləndirib.

"Biz çox ümid edirik ki, nəqliyyatla bağlı dəhliz layihəmiz Odessanı Rumıniya ilə birləşdirir. Konstansa, Varna, Bolqarıstan, həmçinin Avropa Birliyi də bu layihəyə cəlb ediləcək. Rumıniya və Bolqarıstan rəhbərliyi də bu layihədə öz maraqlarından danışdılar və məni bu layihədə iştirak edəcəklərinə inandırdılar", - Poroşenko Saakaşvili ilə görüşdə qeyd edib.

Poroşenko Saakaşvilinin təşəbbüsü ilə planlaşdırılan layihə ilə bağlı işlərin sürətləndirilməsi istiqamətində öz tapşırıqlarını verib.

Saakaşvilini Odessaya investisiyaların yatırılması, turizm sektorunun inkişafı üçün aktiv iş aparmağa çağıran Poroşenko vilayətdə yaradılan qanun-qaydalara görə qubernatora təşəkkür edib.

Tarix
2016.05.31 / 09:19
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla