Yuxarı

Manatın taleyi necə olacaq – Ekspertin şərhi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Manat üçün bədbin proqnoz neftin bir barrelinin qiymətinin 40 dollardan aşağı olması, orta proqnoz isə 60 dollar olmasıdır. 80 dollardan yüksək satıldığı halda neft manat üçün nikbin mənzərə formalaşdıra bilər.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert manatın möhkəmlənməsindən və bu prosesdə bazarın nə qədər rol oynamasından söz açıb:

"Martdan başlayaraq istər banklar, istəsə də vətəndaşlar cari xərclər üçün dollarlarının bir hissəsini bazara çıxardılar. Büdcənin investisiya xərclərinin azalması idxalın da bu istiqamətdə məhdudlaşmasına səbəb oldu. Bankların xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi məhdudiyyətlər də dollara tələbi azaltdı. Nəhayət, MB-nin manat bazasını 2015-ci ilin yanvarı ilə müqayisədə mayda 11,542 milyard manatdan 6,726 milyardadək azaltması da milli valyuta təklifini məhdudlaşdırdı. Nəticədə həm əks-dollarlaşma prosesinin başlaması, həm də MB ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının tədbirləri dollara tələbi azaltdı. MB-nin yaz aylarında hərraclara alıcı kimi qatılması isə milli valyutanın məzənnəsinə təsir göstərdi. 4 faizlik marjı qoruyan MB valyuta bazarında yenə də aparıcı oyunçu kimi qalmaqdadır. Bu isə o deməkdir ki, manatın məzənnəsinə ən azı valyuta bazarı qədər MB də təsir göstərir.

İqtisadçı manatın gələcək taleyindən də danışıb:

"Enerji məhsulları ümumi ixracatımızın 85 faizini formalaşdırdığı üçün manatın gələcək məzənnəsi daha çox neftin dünya bazar qiymətinin necə dəyişməsindən asılı olacaq. Manat üçün bədbin proqnoz neftin bir barellinin qiymətinin 40 dollardan aşağı olması, orta proqnoz isə 60 dollar olmasıdır. 80 dollardan yüksək satıldığı halda neft manat üçün nikbin mənzərə formalaşdıra bilər. Carici müdaxilələr olmasa, neftin qiyməti 50 dollar ətrafında stabilləşə bilər. Apardığımız müzakirələr və görüşlər ondan xəbər verir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni yol xəritəsi hazır olduqdan sonra manat bazasında artım müşahidə ediləcək.

Manat bazasının genişləndirilməsi real sektorun inkişafı baxımdan vacib olmaqla yanaşı, xarici valyutalara da tələbi artıracaq və yenidən dolların məzənnəsi yüksələcək.

FES gələn ay uçot stavkasını artırarsa, manata psixoloji təzyiq formalaşa bilər. Mərkəzi Bank gec-tez liberal üzən məzənnə siyasətinə keçecək və bu halda artıq baş bank deyil, valyuta bazarı kursun müəyyənləşdirilməsində aparıcı olacaq".

Tarix
2016.05.31 / 10:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla