Yuxarı

Azərbaycan Gürcüstandan qatar alır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Vaqon Təmiri Zavodu yaxın zamanlarda Azərbaycana elektrik qatarları tədarük edəcək. Tezliklə bununla bağlı razılaşmanın rəsmiləşdirilməsi gözlənilir.

Report-un verdiyi məlumata görə, bunu "Gürcüstan Dəmir Yolları" şirkətinin Müşahidə Şurasının həmsədri Nino Tsilosani bildirib.

"İndiyək zavod Azərbaycana ancaq qatarlar tədarük edirdi. Ümumiyyətlə, Azərbaycan, Ermənistan və Gürcüstanda sovet dövrünün elektrovozları hərəkət edir. Lakin MDB-də onların istehsalı ancaq Rusiya, Ukrayna və Gürcüstanda həyata keçirilir. Biz elektovozların qonşu dövlətlərə tədarük olunması üçün intensiv danışıqlara başlamağı planlaşdırırıq. Onlara sərfəli qiymətlər təklif edə bilərik", - deyə N.Tsilosani qeyd edib.
Şirkət rəsmisi əlavə edib ki, Gürcüstan zavodunun bazasında elektrovozların istehsalının təşkili planlaşdırılır:

"Bu vaxta kimi Gürcüstanda lokomotivlər yığılmırdı, yalnız elektrik qatarları və vaqonlar istehsal edirdik. Hələlik texniki məsələlər və iş prosesi ilə bağlı danışıqlar gedir. Təxminən 50 mln. dollar həcmində böyük investisiya lazımdır. Çin şirkəti ilə birgə müəssisənin yaradılması ideyasını nəzərdən keçiririk. Beləcə, istehsalın 50%-i Gürcüstanda, qalan hissəsi isə Çində reallaşdırılacaq".

Tarix
2016.05.31 / 11:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla