Ana səhifə Toplum |
İyun ayında havanın orta aylıq temperaturunun iqlim
normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı
gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata
görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı
ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25
dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 32-36
dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12
mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-25
dərəcə isti (gecələr 14-19, gündüzlər 25-30, bəzi günlərdə 32-36
dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35
mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta
aylıq temperaturun 15-20 dərəcə isti (gecələr 10-15, gündüzlər
18-23 dərəcə isti, bəzi günlərdə 28 dərəcəyədək yüksələcək) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130
mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 24-29, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63
mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
orta aylıq temperaturun 19-23 dərəcə isti (gecələr 14-19, gündüzlər
23-28, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu
da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179
mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 26-31, bəzi günlərdə 33-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-49 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta
aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 15-20, gündüzlər
23-28 dərəcə isti, bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək)
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.
Tarix
2016.05.31 / 11:59
|
Müəllif
Axar.az
|