Yuxarı

“İyun görüşündə status-kvo dəyişə bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün NATO-nun mənzil qərargahında keçirilən Azərbaycan-NATO iclası çərçivəsində təşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və NATO üzv dövlətləri arasında Sülh naminə Tərəfdaşlıq üzrə Çərçivə Sənədi və Avro-Atlantika Tərəfdaşlıq Şurasının Əsas Sənədi əsasında siyasi və hərbi əməkdaşlığın inkişaf etdiyini bildirib. O, Azərbaycanın fəal surətdə NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlarında iştirak etdiyini deyib. NATO ilə əməkdaşlığın ölkəmizin hərbi və təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində mühüm rol oynadığını deyən Məmmədyarov Azərbaycan zabitlərinin bu gün Alyansın qərargahlarında xidmət etdiyini açıqlayıb.

Cənubi Qafqaz regionundakı vəziyyətdən danışan Elmar Məmmədyarov əlavə edib ki, 20 ildən artıq dövr ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub, 20 faiz əraziləri Ermənistanın qanunsuz işğalı altındadır və işğal olunmuş ərazilərdə bir milyondan artıq soydaşımız qanlı etnik təmizləməyə məruz qalıb.

Ermənistanın təhriki və təxribatı ilə cəbhə xəttində baş vermiş son gərginlik barədə ətraflı məlumat verən Elmar Məmmədyarov işğal faktına əsaslanan status-kvonun gərginlik mənbəyi olmaqda davam etdiyini vurğulayıb. ATƏT Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbuledilməz hesab etdiyini deyən Elmar Məmmədyarov status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb:

"Mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilib. İyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədilə başqa bir görüşün keçiriləcəyini gözləyirik".

Ermənistanın Azərbaycanı "çirkli bombalar" ilə hədələməsi, kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalar əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi barədə məlumat verən Elmar Məmmədyarov rəsmi İrəvanın danışıqlar prosesinə yenə də xələl vurmaq siyasəti yürütdüyünü bildirib.

Nazir Ermənistanın BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun olaraq, digər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etmək və ona qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək kimi öhdəliklər götürdüyünü xatırladaraq, Ermənistandan məhz buna əməl etməyi və beynəlxalq ictimaiyyətdən də bunu tələb etməyi gözlədiyimizi vurğulayıb.

Tarix
2016.05.31 / 16:09
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla