Yuxarı

Bakıda beynəlxalq qolf turniri keçirildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq qolf aləmində həvəskarlar arasında ən böyük və həyəcanlı qolf turniri sayılan Türk Hava Yolları Dünya kuboku "Dreamland" Qolf Klubunda keçirildi. 29 may tarixində keçirilən turnirdə 80 nəfər həvəskar qolfçu iştirak edirdi.

Axar.az xəbər verir ki, Beynəlxalq standartlara cavab verən 18 dəlikli "Dreamland"ə qolf klubu ilk dəfə olaraq beynəlxalq səviyyəli qolf turnirinə ev sahibliyi edirdi.

Dünya standartlarına müvafiq ilk olaraq səhər yeməyindən başlayan turnirdə iştirakçılar daha sonra "Dreamland" Qolf Akademiyasına yollandılar. Burada oyuna hazırlıq, komanda brifinqlərindən sonra isə qolf sahəsində güclərini sınadılar.

Turnirin qonaqları üçün isə qolf akademiyasında xüsusi olaraq qolf təlimləri verildi.

Həvəskar dünya kubokunun qalibi 44 xalla "Dreamland" Qolf klubunun üzvü Martin Dokerti oldu. Bu qalibiyyətlə o, cari ilin oktaybr, noyabr aylarında Antalyada keçiriləcək Beynəlxalq Qolf Turnirində iştirak etmək şansı əldə etdi.

Qeyd edək ki, turnirin ilk seçmə mərhələləri Darüssalam, Mumbay, Dohada keçirilibr. 2016-cı ilin oyunları isə Honq Konq, Böyük Britaniya, Koreya Respublikası, Yanoniya, ABŞ, İtaliya, Fransa, Türkiyə kimi ölkələrdə keçirilib. Azərbaycan da "Dreamland" Qolf Klubla bu ölkələrin siyahısında yer alıb.

Tarix
2016.05.31 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla