Yuxarı

Medvedyevin oğlu müsahibə verdi – İlk dəfə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyevin oğlu İlya ilk dəfə mətbuata danışıb.

Axar.az xəbər verir ki, o, hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmək üzrədir.

İlyanın sözlərinə görə, onun valideynləri ingilis dili imtahanına görə böyük narahatlıq yaşayıb:

"Anam imtahanı verəndən sonra dərhal zəng etməyimi gözləyirdi, atam isə mesaj yazmağımı".

İlya ilk müsahibəsi zamanı öz hobbilərindən də danışıb:

"Üzgüçülük, futbol, incəsənətlə məşğul olmaq və kino izləmək əsas hobbilərimdir".

Bakalavr təhsili alarkən İlya hüquq firmasında vəkil yardımçısı qismində də çalışıb.

İlya bakalavr təhsili ilə kifayətlənmək fikrində deyil. O, indi magistraturaya hazırlaşır. Yeri gəlmişkən, magistrdən əvvəl İlya hərbi toplanışlar keçəcək.

İlya Rusiya daxilində səyahət etməyi çox sevir. Ən sevdiyi şəhər Sankt-Peterburqdur:

"Baykalda olmaq ən böyük arzularımdan biridir".

Daha öncə jurnalistlər İlya Medvedyevin universitet göstəriciləri haqda məlumat əldə etməyə müvəffəq olub. Göstəricilərə görə, İlya universitetin ən yaxşı 30 tələbəsindən biridir. O, universiteti qırmızı diplomla bitirə bilər.

Tarix
2016.05.31 / 19:51
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla